08:56 Sosial şəbəkə profilləri izlənilir? - DİN açıqlama yaydı 08:54 Almaniya qanunvericiliyi sərtləşdirir 22:56 Zeytun yağından istifadə zamanı edilən 4 səhv 16:43 "Xanım rəqibim yoxdur" 16:42 Pensiyalar bu tarixdə ödəniləcək 16:39 Qurdun yeni mahnısı gündəm oldu - Dinlənmələr sürətlə artır 16:37 Qoxuya qarşı mübarizə: Bir neçə damcı limon suyu yox edir 16:35 İnsanlar niyə xəbər saytlarından xəbər oxumaq istəmirlər? - MEDİA EKSPERTİ AÇIQLADI 13:56 Sabah Bakıya yağış, rayonlara qar yağacaq 13:55 Günəşdə güclü partlayışlar baş verib

Almaniya vətəndaşlarını İranı tərk etməyə çağırdı

Almaniya vətəndaşlarını İranı tərk etməyə çağırdı

Almaniya Xarici İşlər Nazirliyi (XİN) əsir düşmə təhlükəsi ilə əlaqədar ölkə vətəndaşlarına İranı tərk etməyi şiddətlə tövsiyə edib.

Oxu.Az xəbər verir ki, bu barədə "The Times of Israel" məlumat yayıb.

"Biz dəfələrlə Almaniya vətəndaşlarına müraciət etmişik ki, İranı tərk etsinlər, çünki Cəmşid Şarməhdin timsalında görürük ki, İran bizim vətəndaşlarımızı girov götürür", - Almaniya XİN nümayəndəsi bildirib.

Nazirlik vətəndaşlarını Almaniya və İran vətəndaşlığına malik olan və bu həftənin əvvəlində İranda edam edilən Şarməhdin aqibətindən qorumaq istədiyini bildirib.

İran Ədliyyə Nazirliyinin məlumatına görə, Şarməhd terror fəaliyyətlərində, mərkəzi kəşfiyyat idarəsinin, federal araşdırma bürosu və İsrailin "Mossad" kəşfiyyat agentliyi ilə əməkdaşlıqda, həmçinin İranın monarxiya təşkilatında iştirakda təqsirli bilinib. O, ABŞ-də yaşayıb, lakin 2020-ci ildə BƏƏ-də olarkən İran kəşfiyyat xidmətlərinin keçirdiyi əməliyyat zamanı İrana köçürülüb. O, 2023-cü ildə ölüm cəzasına məhkum edilib, bundan sonra Almaniya İrandan iki diplomatı geri çağırıb. Hökm 2024-cü ilin aprelində təsdiqlənib.




Yandex.Metrika
KatStat.ru
MobTop.az
menu Menu game Oyunlar mail Poçt live Live profile Страница