^
U

Nüvə qalmaqalı: ABŞ bu müqavilədən çıxarsa, İranın siyasətində heç bir siyasət dəyişməyəcək


Xəbər verdiyimiz kimi ABŞ prezidenti Donald Tramp İranla əldə edilmiş nüvə razılaşmasının müddətinin daha 120 gün artırılmasına qərar verib. Tramp bu qərarın sonuncu dəfə qəbul edildiyini deyib.

2015-ci ildə əldə edilən İranla ABŞ arasında nüvə anlaşmasına sasən İran nüvə araşdırmalarından mərhələli şəkildə imtina etməli və əvəzində bu ölkəyə qarşı tətbiq edilən qadağalar aradan qaldırılmalı idi. Lakin beynəlxalq təşkilatlar və rəsmi Vaşinqton İranın vədlərinə əməl etmədiyini bəyan edib.

Razılaşmaya İran və ABŞ-la yanaşı Çin, Fransa, Rusiya, İngiltərə və Almaniya da imza atmasına baxmayaraq sözügedən təzyiqlərin məhz İrana tətbiq edilməsi də birmənalı qarşılanmayıb.

Məsələ ilə bağlı BiG.AZ-a danışan Cənubi Qafqaz Təhlükəsizlik və Sülh İnstitutunun sədri, politoloq Məhəmməd Əsədullazadə ABŞ-ın bu müqavilədən çıxacağı təqdirdə İran üçün heç bir siyasi dəyişiklik olmayacağını bildirdi:

Nüvə qalmaqalı: ABŞ bu müqavilədən çıxarsa, İranın siyasətində heç bir siyasət dəyişməyəcək


"Donald Tramp prezident olandan sonra ABŞ ilə İran arasında 2015-ci ildə uzun ildən sonra bağlanmış nüvə razılaşmasından çıxacağını qeyd etmişdi.Təbii ki, ABŞ prezidentinin bu qərarı ilə birtərəfli şəkildə çıxması, beş ölkənin xüsusi ilə Avropa İttfaqının imza atdığı sənəddən çıxması üçün analoji addım olmayacağı xüsusi ilə qeyd edilmişdi.

ABŞ prezidenti Milli Təhlükəsizlik Strategiyasında İranı terrorizmi dəstəkləməkdə ittiham etməsi və bu ölkəyə sanksiyalar paketi hazırlaması, nüvə anlaşmasını sual altına qoyur.

Tramp administasiyası İranın Yaxın Şərqdə apardığı geosiyasi mübarizənin qarşısını almaq və ballistik ralet sınaqlarına qarşı bu sanksiyaları tətəbiq etməyi planlaşdırır. Amma Trampın müqaviləni yenidən uzatması, görünür Avropa İttifaqı və digər müqaviləyə imza atan ölkələrlə hesablaşmalı olur. Artıq Trampın dünya siyasətində nizamı pozan qərarlarına dur demək vaxtıdır. Qüdsün İsrailin paytaxtı kimi tanıması, Paris İqlim sazişindən və UNESKO dan çıxması, BMT-nin humanitar proqramlarına maliyyəni kəsməsi Trampın qeyri-müəyyən siyasətinin tərkib hissəsidir. Hesab edirəm ki, İranla müqavilədən çıxmaq, İrana şans vermək olacaq. Çünki, ABŞ bu müqavilədən çıxarsa, İranın siyasətində heç bir siyasət dəyişməyəcək. Tamp görünür Pentaqon və Dövlət departamentinin bu məsələdə məsləhətlərini dinləyir".
Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Bölmə: Dünya Oxunub: 726 Tarix: 13-01-2018, 15:47
Adınız:*
Sizin e-mail:*
Şəkildəki kod: *
Кликните на изображение чтобы обновить код, если он неразборчив
MobTop.az MobTop.az MobTop.az