16:43 "Xanım rəqibim yoxdur" 16:42 Pensiyalar bu tarixdə ödəniləcək 16:39 Qurdun yeni mahnısı gündəm oldu - Dinlənmələr sürətlə artır 16:37 Qoxuya qarşı mübarizə: Bir neçə damcı limon suyu yox edir 16:35 İnsanlar niyə xəbər saytlarından xəbər oxumaq istəmirlər? - MEDİA EKSPERTİ AÇIQLADI 13:56 Sabah Bakıya yağış, rayonlara qar yağacaq 13:55 Günəşdə güclü partlayışlar baş verib 18:22 Uşaqlarda nitq gecikməsi buna görə baş verir - Valideynlər diqqətli olsun 18:21 Autizim uşaqlarda diqqət və yaddaşın inkişafı üçün oyunu texnologiyası 18:19 Azərbaycan orbitə "Zəfər" peyki buraxıb

Almaniya Ukraynanı "Leopard 2" tankları ilə təmin edə bilər

Almaniya Ukraynanı "Leopard 2" tankları ilə təmin edə bilər
Bizim Almaniyanın ölkəmizə "Leopard 2" tanklarını təhvil verəcəyinə ümid etməyə əsaslarımız var.
Bunu Ukraynanın Almaniyadakı yeni səfiri Oleksey Makeyev noyabrın 5-də alman mediasına müsahibəsində bildirib.
Eyni zamanda, Makeyev bu məsələ ilə bağlı Almaniya hakimiyyəti ilə fundamental əhəmiyyətli danışıqların aparıldığı iddiasına toxunub. Səfir bildirib ki, onlar həmçinin Ukraynanın ehtiyac duyduğu "Marder" piyada döyüş maşınları, "Fuchs" və "Dingo" zirehli transportyorlarının tədarükünü müzakirə ediblər.
Bundan əlavə, Kiyev enerji obyektlərinin dağıdılmasından sonra Ukraynanın ehtiyac duyduğu enerji avadanlıqlarının siyahılarını tərtib edib.
"Bizə ən çox generator və transformator lazımdır. İlk tədarüklər artıq həyata keçirilir", - Makeyev bildirib.
Ukrayna səfiri həmçinin Almaniyaya gələn Rusiya vətəndaşlarının ciddi təhlükə yaratdığını bildirib. O, Almaniya hökumətini rusiyalıların ölkəyə girişini qadağan etməyə çağırıb.
Qeyd edək ki,Almaniya hökuməti Ukrayna ilə alman tanklarının tədarükü ilə bağlı razılaşmanı təsdiqləməyib.(oxu.az)


Yandex.Metrika
KatStat.ru
MobTop.az
menu Menu game Oyunlar mail Poçt live Live profile Страница