08:56 Sosial şəbəkə profilləri izlənilir? - DİN açıqlama yaydı 08:54 Almaniya qanunvericiliyi sərtləşdirir 22:56 Zeytun yağından istifadə zamanı edilən 4 səhv 16:43 "Xanım rəqibim yoxdur" 16:42 Pensiyalar bu tarixdə ödəniləcək 16:39 Qurdun yeni mahnısı gündəm oldu - Dinlənmələr sürətlə artır 16:37 Qoxuya qarşı mübarizə: Bir neçə damcı limon suyu yox edir 16:35 İnsanlar niyə xəbər saytlarından xəbər oxumaq istəmirlər? - MEDİA EKSPERTİ AÇIQLADI 13:56 Sabah Bakıya yağış, rayonlara qar yağacaq 13:55 Günəşdə güclü partlayışlar baş verib

Rusiyada 14 şəhərə sunami təhlükəsi barədə xəbərdarlıq edildi

Rusiyada 14 şəhərə sunami təhlükəsi barədə xəbərdarlıq edildi

"Rusiyanın Uzaq Şərq regionunda 14 şəhər və onlarla yaşayış məntəqəsi sunaminin təsirinə məruz qala bilər".

Oxu.Az-ın "RIA Novosti"yə istinadla verdiyi məlumata görə, bu barədə Rusiyanın Fövqəladə Hallar Nazirliyi xəbərdarlıq edib.

Məlumata görə, söhbət Kamçatka, Kuril adaları, Saxalin və Primorye sahillərinin bir sıra ərazilərindən gedir.

Bildirilir ki, bu bölgələrdə sunami təsirinin intensivliyi altıballıq şkalaya (fəlakət səviyyəli) çata bilər.

"Onlar (sunami dalğaları) böyük sürətlə (saatda 50-dən 1000 kilometrə qədər) yayılır. Sunaminin təhlükəsi həm də ondadır ki, birinci dalğadan sonra bir qayda olaraq bir sıra daha güclü təkrar dalğalar gəlir", - deyə FHN-in məlumatında vurğulanıb.

Qeyd olunub ki, sunami xüsusilə alçaq sahillərdə yerləşən qəsəbə və şəhərlər, həmçinin okeana geniş açıq olan körfəz və buxtaların zirvəsində yerləşən yaşayış məntəqələri üçün təhlükəli ola bilər.

Yeri gəlmişkən qeyd edək ki, sunaminin sahilə təsirinin intensivliyi adətən altıballıq şkala ilə qiymətləndirilir. "Çox güclü" kateqoriyasına beşballıq sunami aiddir - bu zaman sahilyanı ərazilər su altında qalır, dalğaqıranlar və bəndlər ciddi zədələnir, iri gəmilər isə sahilə atılır. Altıballıq sunami artıq fəlakətli hesab olunur. Bu halda sahil tamamilə məhv olur, su isə qurunun dərinliklərinə böyük məsafələrə nüfuz edir.




Yandex.Metrika
KatStat.ru
MobTop.az
menu Menu game Oyunlar mail Poçt live Live profile Страница