May.az Musavat.com-a istinadən xəbər verir ki, Ukraynanın dünyanın ikinci güclü ordusu kimi tanınan Rusiya ordusuna qarşı uğurunun arxasında bir neçə amil dayanır. Birincisi, ukraynalı əsgərin rus əsgərindən fərqli olaraq, vətəni uğrunda vuruşmasıdır. İkinci amil isə Ukraynanın Qərbin tipli müasir döyüş taktikalarından, eləcə də modern silahlardan istifadə etməsidir.
1. 2008-ci ildə Rusiyanın Gürcüstana hərbi müdaxiləsi nəhəng ordunun xarakterini ortaya qoyub. Gürcüstan müharibəsi zamanı baş nazir kürsüsündə oturan və ölkəni idarə etməyə davam edən Vladimir Putin çevik hərəkət edəcək peşəkar ordu qurmaq qərarına gəlib. 350 min əvəzinə 150 min zabit ordusu hazırlanıb. 2021-ci ilin sonuna qədər Rusiyada silah altında olan əsgərlərin sayı 1 milyon 15 minə çatıb. Ancaq müharibəyə hazır olan əsgərlərin sayı 400 minlə məhdudlaşıb.
2. Ukraynanın müdaxiləsinin ən çox bir həftə çəkəcəyini düşünən Putin döyüşə hazır əsgərlərin üçdə birini Ukraynaya göndərib. Lakin aprel ayında peşəkar ordunun kifayət etmədiyi anlaşıldı. Kreml “xoş niyyət” adı ilə qoşunlarını paytaxt Kiyev ətrafından çıxarıb, müharibəni cənub-şərq və cənuba keçirib.
4. Son mərhələdə Qərb tipli taktika işə düşüb. Belə bir təəssürat yaranmışdı ki, Ukraynanın əsas hücumu cənubdan başlayacaq, lakin əks-hücum şimal-şərqdəki Xarkov bölgəsində başlanıb. Xarkovda Ukrayna ordusu partizan taktikasından istifadə edib. 50-80 əsgərdən ibarət çevik dəstələr yaradılıb və Rusiya müdafiə xəttinin arxasına hücumlar edilib. İzyum və Liman bölgələrində hər gün 20 fərqli nöqtədən Ukrayna əsgərlərini görməyə başlayan Rusiya komandanlığı hansının kəşfiyyat, hansının əsas qüvvə olduğunu ayırd edə bilməyib, təşviş içində geri çəkilməyə üstünlük verib.
5. Rusiya döyüş meydanında geri çəkilmək məcburiyyətində qalanda Putin qismən səfərbərlik elan etməklə ordunu gücləndirəcəyini düşünüb. Ancaq Rusiyanın qeyri-peşəkar əsgərlərinin sayını artırması daha çox insan itkisi ilə nəticələnə bilər. Şərh edilir ki, vəziyyət pisləşərsə, Putin kütləvi qırğın silahlarına əl ata bilər.