Britaniya Ukraynaya uzaqmənzilli raketlər göndərməyə hazırlaşır
09.05.2023 478 0 Admin

Britaniya Ukraynaya uzaqmənzilli raketlər göndərməyə hazırlaşır

---
В закладки
“Böyük Britaniya Ukraynaya uzaqmənzilli raketlər verə bilər. Söhbət 300 kilometrə qədər məsafədəki hədəfləri vura bilən “Storm Shadows” uzaqmənzilli qanadlı raketlərdən gedir”.
“Report” xəbər verir ki, bu barədə “The Washington Post” yazıb.
Nəşrin məlumatına görə, Böyük Britaniyanın Müdafiə Nazirliyi bu məsələni uzun müddətdir ABŞ prezident administrasiyası ilə müzakirə edib. Amma ABŞ bu raketlərin verilməsini təsdiqləməyə tələsmirdi.
Bu gün səhər saatlarında Britaniyanın xarici işlər naziri Ceyms Kleverlinin Ukraynaya yardımı müzakirə etmək üçün Vaşinqtona getdiyi məlum olub.
Danışıqlar prosesi ilə tanış olan Britaniya rəsmisinin sözlərinə görə, tədarüklə bağlı yekun qərar hələ qəbul edilməyib, amma bu məlumat Britaniyanın Ukraynanı bu cür silahlarla təchiz etməyə başlaması istiqamətində mühüm addımdır.
Bundan əvvəl Ukraynanın müdafiə naziri Aleksiy Reznikov bildirmişdi ki, Ukrayna Silahlı Qüvvələri 300 kilometrə qədər məsafədən zərbə endirə bilsə, Rusiya ordusu müdafiəni təmin edə bilməyəcək.
“Ukrayna bu cür silahların Rusiya ərazisinə hücumlarda istifadə olunmayacağına dair istənilən zəmanəti verməyə hazırdır”, - o söyləmişdi.
Комментарии (0)
Добавить комментарий
Прокомментировать
Кликните на изображение чтобы обновить код, если он неразборчив
Ukrayna Rusiya ilə danışıqlara başlamaq üçün şərtləri AÇIQLADI
Rusiya ilə mümkün danışıqlar üçün yeganə real təklif Ukraynaya qarşı müharibənin dərhal dayandırılmasıdır. "Report" xəbər verir ki, bu barədə Ukrayna Xarici
Ukraynanın “Azov” alayının döyüşçüləri azad edildi
Ukrayna və Rusiya növbəti əsir mübadiləsini həyata keçirib. Məlumata görə, bu dəfə Ukraynanın “Azov” alayının döyüşçüləri azad edilib. Mübadilə çərçivəsində keçmiş xalq
Britaniyanın koronavirus vaksini yaşlılarda anticisimlərin yaranmasına kömək edib
Böyük Britaniyada "AstraZeneca" şirkəti ilə Oksford Universitetinin hazırladığı koronavirus vaksini sınaqların üçüncü mərhələsində yaşlı şəxslərdə dayanıqlı
Kral Çarlz Almaniya parlamentində çıxış edən ilk Britaniya monarxı oldu
Xəbər verdiyimiz kimi, Böyük Britaniya kralı III Çarlz taxta çıxdıqdan sonra ilk xaricə səfəri çərçivəsində Almaniyaya gedib. "Qafqazinfo" xarici mətbuata

Войти через: