13:56 Sabah Bakıya yağış, rayonlara qar yağacaq 13:55 Günəşdə güclü partlayışlar baş verib 18:22 Uşaqlarda nitq gecikməsi buna görə baş verir - Valideynlər diqqətli olsun 18:21 Autizim uşaqlarda diqqət və yaddaşın inkişafı üçün oyunu texnologiyası 18:19 Azərbaycan orbitə "Zəfər" peyki buraxıb 18:18 Hər kəsin faydalı bildiyi banan bu şəxslər üçün təhlükəlidir 18:16 Hərbi xidmətə çağırışla bağlı YENİLİK 18:14 Sabah yağış yağacaq? - Proqnoz 18:13 Əmək Məcəlləsinə "Məsafədən (distant) iş" anlayışı əlavə edilir 18:12 Dünyanı qorxuya salan "H3N2" virusu ölkəmizdə də yayıla bilərmi? - AÇIQLAMA

NASA bəyan etdi - Yadplanetlilərlə əlaqəyə o girəcək

NASA bəyan etdi - Yadplanetlilərlə əlaqəyə o girəcək

Süni intellektdən yadplanetlilərlə təmasda vasitəçi kimi istifadə edilməsi təklif edilib.

Lent.az xarici mediaya istinadən xəbər verir ki, NASA alimi İgnacio G. Lopez-Francois, süni intellekt modellərinin yadplanetli varlıqlarla ünsiyyət qurmaq üçün istifadə edilə biləcəyini söyləyib. Araşdırma "Scientific American" jurnalında dərc olunub.

Mütəxəssisin fikrincə, insan və insan dili planetimiz haqqında məlumatları yerdən kənar sivilizasiyaların sakinlərinə çatdırmaq üçün çox məhduddur. Alim yadplanetlilərlə təmasda olmaq üçün süni intellektlə kiçik dil modellərindən (SLM) istifadə etməyi təklif edib. Bu insanlar və digər planetlərdən gələn canlılar arasında vasitəçi rolunu oynayacaq.

Alim hesab edir ki, insan digər həyat formalarının nümayəndələri tərəfindən düşmənçiliklə qəbul edilə bilən məlumatları və niyyətlərini səhv çatdıra bilər. Mütəxəssis süni intellekti mümkün təmas halında etibarlı elçi adlandırıb.

Materialda deyilir ki, SLM lazer rabitəsindən istifadə etməklə uzun məsafələrə göndərilə bilər. Lopez-Fransuanın sözlərinə görə, Llama-3-70B modelinin ölçüsü təxminən 130 giqabaytdır, lakin kvantlaşdırmadan istifadə etməklə onu bir neçə giqabayta qədər sıxışdırmaq olar. Mütəxəssislərin hesablamalarına görə, bizə ən yaxın ulduz sistemi olan Alfa Centauriyə kiçik süni intellekt dili modelinin göndərilməsi 20 il çəkəcək.




Yandex.Metrika
KatStat.ru
MobTop.az
menu Menu game Oyunlar mail Poçt live Live profile Страница