13:56 Sabah Bakıya yağış, rayonlara qar yağacaq 13:55 Günəşdə güclü partlayışlar baş verib 18:22 Uşaqlarda nitq gecikməsi buna görə baş verir - Valideynlər diqqətli olsun 18:21 Autizim uşaqlarda diqqət və yaddaşın inkişafı üçün oyunu texnologiyası 18:19 Azərbaycan orbitə "Zəfər" peyki buraxıb 18:18 Hər kəsin faydalı bildiyi banan bu şəxslər üçün təhlükəlidir 18:16 Hərbi xidmətə çağırışla bağlı YENİLİK 18:14 Sabah yağış yağacaq? - Proqnoz 18:13 Əmək Məcəlləsinə "Məsafədən (distant) iş" anlayışı əlavə edilir 18:12 Dünyanı qorxuya salan "H3N2" virusu ölkəmizdə də yayıla bilərmi? - AÇIQLAMA

Alimlər Qədim Misirdə ilk mumiyaların sirrini açıblar

Alimlər Qədim Misirdə ilk mumiyaların sirrini açıblar
York Universitetinin britaniyalı alimləri müəyyən ediblər ki, Qədim Misirdə ilk mumiyalar tarixçilərin mövcud hesablamalarından xeyli əvvəl yaranıb.
Tədqiqat "Journal of Archaeological Science" (JAS) elmi nəşrində dərc olunub.
Əvvəlki araşdırmalara görə, Misir mumiyalanmasının mənşəyi təxminən eramızdan əvvəl 4300-cü ilə aiddir. Arxeoloji sübutlar bunu göstərir.
Lakin 2014-cü ildə alimlər Qahirədən 320 kilometr cənubda yerləşən qəbiristanlıqda mumiyaların bükülməsi üçün materialların qalıqlarını aşkar ediblər. Son təhlillər tapıntıların 6300 il yaşı olduğunu göstərib.
Eyni zamanda, material bitki yağı, heyvan yağı, mum və saqqız daxil olmaqla, balzamlama qatranlarının xarakterik tərkibi ilə hopdurulub.
Beləliklə, Misirdə ilk mumiyalar yazının ixtirasından təxminən 3 min il əvvəl (e.ə. 3150) və ilk piramidaların yaradılmasından 3,6 min il əvvəl (e.ə. 2667) meydana çıxıb.
Alimlər qeyd ediblər ki, misirlilər süni mumiyalama ilə yanaşı təbii üsula da əl atıblar, mərhumu səhranın isti və quru qumunda basdırıblar. Bu cür məlum olan ən qədim mumiyalar eramızdan əvvəl 5000-ci ilə aiddir. Arxeoloqlar hesab edirlər ki, bu dəfn üsulu balzamlama imkanı olmayan insanlar tərəfindən istifadə edilib.(oxu.az)


Yandex.Metrika
KatStat.ru
MobTop.az
menu Menu game Oyunlar mail Poçt live Live profile Страница