16:43 "Xanım rəqibim yoxdur" 16:42 Pensiyalar bu tarixdə ödəniləcək 16:39 Qurdun yeni mahnısı gündəm oldu - Dinlənmələr sürətlə artır 16:37 Qoxuya qarşı mübarizə: Bir neçə damcı limon suyu yox edir 16:35 İnsanlar niyə xəbər saytlarından xəbər oxumaq istəmirlər? - MEDİA EKSPERTİ AÇIQLADI 13:56 Sabah Bakıya yağış, rayonlara qar yağacaq 13:55 Günəşdə güclü partlayışlar baş verib 18:22 Uşaqlarda nitq gecikməsi buna görə baş verir - Valideynlər diqqətli olsun 18:21 Autizim uşaqlarda diqqət və yaddaşın inkişafı üçün oyunu texnologiyası 18:19 Azərbaycan orbitə "Zəfər" peyki buraxıb

ÜST: 2022-ci ilin əvvəlindən dünyada meymunçiçəyinə 92 min yoluxma aşkarlanıb

ÜST: 2022-ci ilin əvvəlindən dünyada meymunçiçəyinə 92 min yoluxma aşkarlanıb
Cari ilin oktyabrında dünyada meymunçiçəyinə 660-dan çox yoluxma halı müəyyən edilib və 2022-ci ilin əvvəlindən bu günə qədər yoluxanların ümumi sayı 91,7 mini keçib, 167 nəfər ölüb.


"Report" xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) məlumat yayıb.


Yoluxmalar haqqında məlumatlar 116 ölkədən daxil olub.


"Oktyabrın 1-dən oktyabrın 31-dək dünyada 668 yeni yoluxma halı qeydə alınıb ki, bu da sentyabr ayı ilə müqayisədə 23% azdır. Oktyabr ayı ərzində ən çox yoluxma halları iki regionda - Qərbi Sakit okean (bütün infeksiyaların 30%-i) və Avropa (25%) aşkarlanıb. Oktyabrda 13 ölkə sentyabr ayı ilə müqayisədə yoluxma sayının artdığını bildirib", - məlumatda deyilir.


Oktyabrın 31-nə olan məlumata görə, 2022-ci ilin əvvəlindən ən çox yoluxma ABŞ-da qeydə alınıb (30 771). Siyahlda sonrakı yerləri Braziliya (10 967), İspaniya (7 647), Fransa (4 161), Kolumbiya (4 090), Meksika (4 065), Böyük Britaniya (3 820), Peru (3 812), Almaniya (3 757) və Çin (1 935) tutur. Ümumilikdə yoluxmaların 81,7%-i bu ölkələrin payına düşür. Xəstəliyə yoluxanların böyük əksəriyyəti (96,3 %) 29-41 yaş arası kişilərdir.



Yandex.Metrika
KatStat.ru
MobTop.az
menu Menu game Oyunlar mail Poçt live Live profile Страница