08:56 Sosial şəbəkə profilləri izlənilir? - DİN açıqlama yaydı 08:54 Almaniya qanunvericiliyi sərtləşdirir 22:56 Zeytun yağından istifadə zamanı edilən 4 səhv 16:43 "Xanım rəqibim yoxdur" 16:42 Pensiyalar bu tarixdə ödəniləcək 16:39 Qurdun yeni mahnısı gündəm oldu - Dinlənmələr sürətlə artır 16:37 Qoxuya qarşı mübarizə: Bir neçə damcı limon suyu yox edir 16:35 İnsanlar niyə xəbər saytlarından xəbər oxumaq istəmirlər? - MEDİA EKSPERTİ AÇIQLADI 13:56 Sabah Bakıya yağış, rayonlara qar yağacaq 13:55 Günəşdə güclü partlayışlar baş verib

Avropa İttifaqı Şurası təsdiqlədi: Ermənistana 10 milyon avro dəyərində yardım veriləcək

Avropa İttifaqı Şurası təsdiqlədi: Ermənistana 10 milyon avro dəyərində yardım veriləcək

Avropa İttifaqının xarici işlər nazirləri Ermənistana 10 milyon avro dəyərində çadırlar şəklində hərbi yardım göstərmək qərarına gəliblər. Bu satınalmaların maliyyələşdirilməsi isə Avropa Sülh Fondu vasitəsilə həyata keçiriləcək.

Bu barədə Oxu.Az TASS-a istinadən bildirir.

Bununla bağlı Aİ Şurası bəyanat verib.

"Bu gün Aİ Şurası Ermənistana Avropa Sülh Fondu çərçivəsində 10 milyon avro məbləğində dəstək tədbirlərini təsdiqləyib. Konkret olaraq bu tədbirə batalyon səviyyəli bölmə üçün çadır düşərgəsinin verilməsi daxildir", - deyə bəyanatda qeyd edilib.

Öz növbəsində, Aİ-nin xarici siyasət xidmətinin rəhbəri Jozep Borrel çadırların verilməsini Aİ ilə Ermənistan arasında hərbi-texniki əməkdaşlıq sahəsində mühüm addım adlandırıb. O bu əməkdaşlığın daha da inkişafına və Ermənistanın Aİ missiyalarında gələcək iştirakına ümid etdiyini bildirib.

Qeyd edək ki, Avropa Sülh Fondu Aİ büdcəsindən Ukraynaya silah tədarükünün maliyyələşdirilməsində əsas kanaldır.




Yandex.Metrika
KatStat.ru
MobTop.az
menu Menu game Oyunlar mail Poçt live Live profile Страница