İtaliyanın tarixi şəhərində turistlər üçün qadağa tətbiq edildi

İtaliyanın tarixi şəhərində turistlər üçün qadağa tətbiq edildi
0
---
Yayınlanma tarihi: 5-10-2023, 12:15
İtaliyanın turizm bölgələrindən biri olan Florensiyada tarixi şəhər mərkəzinin sərhədləri daxilində turistlər üçün qısamüddətli ev kirayələrinə qadağan qoyulub.
Bununla bağlı Florensiya Şəhər Şurası tərəfindən qərar qəbul edilib.
Qərara əsasən, "Airbnb" kimi platformalar vasitəsilə qısamüddətli yaşayış üçün yeni evlərin kirayəsi qadağan edilib.
Həmçinin qərarda qısamüddətli kirayə modelindən imtina edərək evlərini uzunmüddətli kirayə verən ev sahibləri üçün mənzil vergilərində endirim də nəzərdə tutulub.
Florensiya bələdiyyə sədri Dario Nardella məsələ ilə bağlı açıqlamasında bu qərarın yerli əhalinin yardım çağırışına cavab olduğunu bildirib. Onun sözlərinə görə, qısamüddətli mənzil kirayəsi, həmçinin şəhərdə kirayə qiymətlərinin də artmasına səbəb olub./Oxu.az
---

Diğer makaleler:

Yorumlar (0)
Bir yorumun minimum uzunluğu 50 karakterdir. Yorumlar denetlenir
Кликните на изображение чтобы обновить код, если он неразборчив
Henüz yorum yok. İlk siz olabilirsiniz!