08:56 Sosial şəbəkə profilləri izlənilir? - DİN açıqlama yaydı 08:54 Almaniya qanunvericiliyi sərtləşdirir 22:56 Zeytun yağından istifadə zamanı edilən 4 səhv 16:43 "Xanım rəqibim yoxdur" 16:42 Pensiyalar bu tarixdə ödəniləcək 16:39 Qurdun yeni mahnısı gündəm oldu - Dinlənmələr sürətlə artır 16:37 Qoxuya qarşı mübarizə: Bir neçə damcı limon suyu yox edir 16:35 İnsanlar niyə xəbər saytlarından xəbər oxumaq istəmirlər? - MEDİA EKSPERTİ AÇIQLADI 13:56 Sabah Bakıya yağış, rayonlara qar yağacaq 13:55 Günəşdə güclü partlayışlar baş verib

KİV: ABŞ Yaponiyanı nüvə silahı ilə müdafiə etmək məsuliyyətini öz üzərinə götürəcək

KİV: ABŞ Yaponiyanı nüvə silahı ilə müdafiə etmək məsuliyyətini öz üzərinə götürəcək

ABŞ Yaponiyanı nüvə silahı ilə müdafiə etmək məsuliyyətini öz üzərinə götürəcək.

"Report" xəbər verir ki, bu barədə Yaponiyanın ən böyük "Yomiuri" qəzeti məlumat yayıb.

Qeyd olunub ki, Yaponiya və ABŞ hökumətləri arasında hazırlanacaq sənəddə ilk dəfə olaraq Vaşinqtonun Tokionun potensial xarici təcavüzkardan müdafiə etmək üçün nüvə silahı da daxil olmaqla bir çox üsullardan istifadə edilməsi aydın şəkildə göstəriləcək.

Bu sənədin məzmununu müzakirə etmək üçün tərəflərin bu ay xarici siyasət və müdafiə nazirliklərinin rəhbərləri arasında "iki üstəgəl iki" formatında danışıqlar aparacağı gözlənilir.

Nəşrin Yaponiya hökumətindəki mənbələrinə görə, hazırlanmaqda olan birgə sənəddə ABŞ-ın Yaponiyanı müdafiə etməyi öhdəsinə götürdüyü "genişlənmiş çəkindirmə" sistemi aydın şəkildə göstəriləcək.

Xüsusilə, birgə sənəddə ABŞ-ın nüvə silahı vasitəsilə çəkindirməni həyata keçirməyə hazır olması xüsusi vurğulanacaq. Həmçinin ABŞ-ın Yaponiya tərəfini təhdid edən üçüncü ölkələrə qarşı hərbi əməliyyatlara hansı şərtlərlə hazır olacağı da təsvir olunacaq.

Qeyd edək ki, Yaponiya və ABŞ arasında 1960-cı ildə imzalanmış Qarşılıqlı Əməkdaşlıq və Təhlükəsizlik Zəmanətləri haqqında müqavilə qüvvədədir.

Bu müqavilənin beşinci maddəsinə əsasən, hər bir tərəf müttəfiqə qarşı hərbi təcavüzü öz milli təhlükəsizliyinə təhdid hesab edir və bununla bağlı öz konstitusiyasının müddəalarına uyğun hərəkət etmək hüququna malikdir.




Yandex.Metrika
KatStat.ru
MobTop.az
menu Menu game Oyunlar mail Poçt live Live profile Страница