18:22 Uşaqlarda nitq gecikməsi buna görə baş verir - Valideynlər diqqətli olsun 18:21 Autizim uşaqlarda diqqət və yaddaşın inkişafı üçün oyunu texnologiyası 18:19 Azərbaycan orbitə "Zəfər" peyki buraxıb 18:18 Hər kəsin faydalı bildiyi banan bu şəxslər üçün təhlükəlidir 18:16 Hərbi xidmətə çağırışla bağlı YENİLİK 18:14 Sabah yağış yağacaq? - Proqnoz 18:13 Əmək Məcəlləsinə "Məsafədən (distant) iş" anlayışı əlavə edilir 18:12 Dünyanı qorxuya salan "H3N2" virusu ölkəmizdə də yayıla bilərmi? - AÇIQLAMA 18:11 Uşağı doğulan kişilərə 14 gün məzuniyyət veriləcək 18:09 Hande Erçel 2 milyon dollara malikanə aldı

"Xəzər TV" 18 yaşını qeyd edir

"Xəzər TV" 18 yaşını qeyd edir

Azərbaycanın televiziya məkanında özünəməxsus və xüsusi yeri olan "Xəzər TV"nin efir həyatına başlamasından 18 il ötür. 


MAY.AZ xəbər verir ki, 2007-ci il oktyabrın 5-də fəaliyyətə başlayan "Xəzər TV"də bu müddət ərzində operativ xəbər buraxılışları ilə yanaşı, analitik, musiqili, əyləncəli və sənədli verilişlər yayımlanıb.

Fəaliyyətə başladığı dövrdə maddi-texniki imkanlarının az olmasına baxmayaraq, zamanla peşəkar kollektivin, yaradıcı heyətin işgüzarlığı nəticəsində sevilən, rəğbət bəslənən bir telekanala çevrilib.

İlbəil telekanal müasir dövrün çağırışlarına uyğun olaraq inkişaf edib və bu proses hazırda da davam etməkdədir.

Tamaşaçıların informasiya tələbatına adekvat cavab vermək üçün dünyanın müxtəlif ölkələrində müxbir məntəqələri yaradılıb.

Aparıcı informasiya agentlikləri və kanalları ilə əlaqələr genişləndirilib. Bu da dünyada baş verən hadisələrlə bağlı məlumatların ən qısa zamanda tamaşaçılara çatdırılması üçündür.

Televiziya daxilində davam edən struktur dəyişikliyi də peşəkarlığın artırılması baxımından önəmli hadisədir.

Texniki imkanları daha da genişləndirmək üçün maddi-texniki baza gücləndirilib. Bütün bunlar tamaşaçılarımıza daha keyfiyyətli yayım izləmək imkanı yaradır.

"Xəzər TV" elektron media platformalarında da fəaliyyətini genişləndirib. Televiziya kanalının "Facebook", "Instagram", "Twitter", eləcə də "Telegram" sosial platformasında rəsmi səhifələri aktiv fəaliyyətdədir.

BAKU.WS kollektivi adından "Xəzər TV"nin bütün əməkdaşlarını təbrik edir və gələcək fəaliyyətlərində uğurlar arzu edirik!




Yandex.Metrika
KatStat.ru
MobTop.az
menu Menu game Oyunlar mail Poçt live Live profile Страница