18:22 Uşaqlarda nitq gecikməsi buna görə baş verir - Valideynlər diqqətli olsun 18:21 Autizim uşaqlarda diqqət və yaddaşın inkişafı üçün oyunu texnologiyası 18:19 Azərbaycan orbitə "Zəfər" peyki buraxıb 18:18 Hər kəsin faydalı bildiyi banan bu şəxslər üçün təhlükəlidir 18:16 Hərbi xidmətə çağırışla bağlı YENİLİK 18:14 Sabah yağış yağacaq? - Proqnoz 18:13 Əmək Məcəlləsinə "Məsafədən (distant) iş" anlayışı əlavə edilir 18:12 Dünyanı qorxuya salan "H3N2" virusu ölkəmizdə də yayıla bilərmi? - AÇIQLAMA 18:11 Uşağı doğulan kişilərə 14 gün məzuniyyət veriləcək 18:09 Hande Erçel 2 milyon dollara malikanə aldı

İctimai Televiziya 19 yaşını qeyd edir

İctimai Televiziya 19 yaşını qeyd edir

Bu gün İctimai Televiziyanın (İTV) fəaliyyətə başlamasının 19 ili tamam olur.

Oxu.Az xəbər verir ki, Prezident İlham Əliyev 2004-cü il noyabrın 5-də Azərbaycan cəmiyyətinin və Azərbaycan xalqının arzu və istəklərinin ifadəsi kimi "İctimai Televiziya və Radio Yayımı haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə fərman imzalayıb. Yalnız beynəlxalq standartlara uyğun bu cür hüquqi baza formalaşdırıldıqdan sonra Azərbaycanda İctimai Televiziya və Radio Yayımları Şirkətinin yaradılmasına yaşıl işıq yandırılıb. Bu demokratik ideyanın reallaşmasının memarı olan Azərbaycan Prezidenti İlham Əliyev yeni televiziyanın rəmzi düyməsini basmaqla ölkədə İctimai Televiziya və Radio Yayımına xeyir-dua verib, dünya ictimaiyyətinə və beynəlxalq təşkilatlara isə Azərbaycan dövlətinin seçdiyi demokratik inkişaf yoluna, fikir plüralizminə, söz və mətbuat azadlığı prinsiplərinə sədaqətini növbəti dəfə təsdiqləyib.

Bu möhtəşəm tarixi hadisə 2005-ci il avqustun 29-da gerçəkləşib.

İctimai yayımçı proqramlar hazırlayarkən cəmiyyətdəki siyasi əqidələri, dini baxışları, ictimai fikir və rəyin müxtəlif cərəyanlarını, habelə ölkə vətəndaşlarının hüquq bərabərliyini nəzərə alır.

İctimai Televiziyanın bütün proqramları milli-mənəvi dəyərləri, milli adət və ənənələri, mədəniyyət və incəsənətin bütün rəngarəngliyini özündə əks etdirir.

İctimai Televiziya Azərbaycan qanunlarını və klassik ictimai yayımçılığın bu başlıca prinsipini rəhbər tutaraq fəaliyyət göstərir, Azərbaycanın zəngin və rəngarəng efir məkanında tamamilə fərqli - ictimai yayım prinsiplərinə uyğun proqram siyasəti yürüdür.

Avropa Yayım İttifaqının üzvü olan telekanalın verilişləri bütün Azərbaycan ərazisində yayımlanır, 24 saat ərzində Azərbaycan dilində aparılır.

Hazırda İctimai Televiziyanın baş direktoru Balakişi Qasımovdur. O bu vəzifəni 2018-ci il mayın 11-dən icra edir.




Yandex.Metrika
KatStat.ru
MobTop.az
menu Menu game Oyunlar mail Poçt live Live profile Страница