16:43 "Xanım rəqibim yoxdur" 16:42 Pensiyalar bu tarixdə ödəniləcək 16:39 Qurdun yeni mahnısı gündəm oldu - Dinlənmələr sürətlə artır 16:37 Qoxuya qarşı mübarizə: Bir neçə damcı limon suyu yox edir 16:35 İnsanlar niyə xəbər saytlarından xəbər oxumaq istəmirlər? - MEDİA EKSPERTİ AÇIQLADI 13:56 Sabah Bakıya yağış, rayonlara qar yağacaq 13:55 Günəşdə güclü partlayışlar baş verib 18:22 Uşaqlarda nitq gecikməsi buna görə baş verir - Valideynlər diqqətli olsun 18:21 Autizim uşaqlarda diqqət və yaddaşın inkişafı üçün oyunu texnologiyası 18:19 Azərbaycan orbitə "Zəfər" peyki buraxıb

Day.az informasiya portalının 21 yaşı tamam olur

Day.az informasiya portalının 21 yaşı tamam olur

Bu gün Day.az informasiya portalının yaranma günüdür.

Oxu.Az-ın xəbərinə görə, saytın fəaliyyətə başlamasından 21 il ötür.

Day.az Azərbaycanın internet məkanında həm daxilolma sayına, həm də oxuculara təqdim edilən imkanlara görə liderlərdən biri olmaqda davam edir. Son illər ərzində bu informasiya portalı dünyada ən son tendensiyalara uyğun olaraq texnoloji baxımdan yenilənib.

Day.az özünün @day.az poçt xidmətini, "NewsTube" videohostinqini, Azərbaycanın bütün bölgələri üzrə ətraflı hava proqnozunu təqdim edən "weather.day.az" platformasını, Heydər Əliyev Beynəlxalq hava limanında aviareyslərin onlayn cədvəlini (avia.day.az), ölkənin bütün banklarında valyuta məzənnələri xidmətini (azn.day.az) və bir çox digər xidmətləri əhatə edir.

İnformasiya portalının bu xüsusiyyətləri və imkanları ona Azərbaycanda ən çox ziyarət edilən saytlardan biri olmağa imkan verir.

Day.az sosial şəbəkələrdə də aktivdir. Saytın "Facebook" səhifəsinə 209 mindən çox real istifadəçi, "NewsTube"a isə təxminən 620 min unikal istifadəçi abunə olub. Portal "X" sosial şəbəkəsində və teleqramda da auditoriyasını genişləndirir.

Day.az-da çalışan həmkarlarımızı təbrik edir, onlara işlərində uğurlar arzulayırıq!




Yandex.Metrika
KatStat.ru
MobTop.az
menu Menu game Oyunlar mail Poçt live Live profile Страница