Hibrid avtomobillərin antireytinqi
Avtomobil 0

Hibrid avtomobillərin antireytinqi

Britaniyalı "Whatcar" ekspertləri "MotorEasy" sığorta şirkəti ilə birlikdə ikinci əl bazarında ən problemli avtomobillərin reytinqini tərtib ediblər. Söhbət hibrid mühərrikli avtomobillərdən gedir. Mütəxəssislər belə avtomobillərin 25 mindən çox sahibini sorğulayıblar - 2 il istismar müddətində onlarda xeyli texniki problem yaranıb.

Oxu.Az bu barədə autonews.ru-ya istinadən "qara siyahı"nı təqdim edir.

"Ford Kuga" (2021 - indiyədək)

Hibrid avtomobillərin antireytinqi

Ailə krossoveri "Ford Kuga" ən etibarsız hibrid model kimi tanınıb. Sorğuda respondentlərin 33%-i son iki il ərzində avtomobilləri ilə müxtəlif problemlərin yarandığını bildiriblər. Ən geniş yayılmış problem batareya ilə bağlı nasazlıqlardır. Hətta nasaz maşınların yarısının texniki xidmət məntəqəsinə çatmaq üçün evakuator köməyinə ehtiyacı olub. Üstəlik "Ford Kuga"ların 44%-i bir həftədən çox təmirdə qalıb.

"BMW 330e" (2016 - indiyədək)

Araşdırmada qeyd olunduğu kimi, qoşulabilən hibridli "BMW 330e" çox vaxt xidməti avtomobil kimi istifadə olunur. İlk növbədə, qənaətli yanacaq sərfiyyatına görə - qarışıq sikldə bu, 100 km məsafəyə 1.7 litr təşkil edir. Lakin hibrid sedanın etibarlılığı ilə bağlı çətinliklər yarana bilər. Belə ki, son iki il ərzində avtomobil sahiblərinin 16%-i servis mərkəzlərinə müraciət etməli olub. Bu, əsasən mühərrik və akkumulyator problemləri səbəbindən baş verib.

Sürücülər, həmçinin hibrid BMW-nin uzun təmir müddətindən şikayətləniblər: sedanların yarısından çoxu servis mərkəzlərində bir həftədən artıq qalıb.

"Toyota Yaris Cross" (2021 - indiyədək)

"Yaris Cross" sahiblərinin cəmi 24%-i maşınla bağlı problemlərdən şikayətlənib. Əsas iradlar 12 voltluq batareyanın işi ilə bağlıdır. Hibrid model sahiblərinin əksəriyyəti üçün (77%) təmir pulsuz olub (zəmanət əsasında). Digər sürücülər 100-500 funt sterlinq ödəməli olublar. Əsas üstünlük - təmirin sürətidir. Yapon krossoverlərinin yarısından çoxu sahiblərinə cəmi bir gün sonra qaytarılıb. 



Oxşar xəbərlər

Son xəbərlər