Möcüzəli GÖJİ meyvəsinin FAYDALARI - arıqlama, güclü immunitet və potensiya ...
Maraqlı ve Meslehetli 0

Möcüzəli GÖJİ meyvəsinin FAYDALARI - arıqlama, güclü immunitet və potensiya ...

Bütün dünyada goji meyvəsi sürətlə arıqlamağa kömək edən meyvə kimi tanınır. Bu olduqca faydalı meyvəni bəzən zirinclə səhv salırlar, lakin bu tamam fərqli bitkilərdir.

Goji meyvələri əsasən Çində yetişdirilir. Satışda qurudulmuş şəkildə goji meyvəsini tapmaq olar.

Ailem.az şəfa qaynağı olaraq bilinən goji meyvəsinin sağlamlığımıza olan faydaları barədə məlumat verir.

Goji kiçik yumşaq meyvələri olan, illər boyu Tibetdə kol formasında bitən bitkidir. Tibetlilər yüz illərlə gojidən hazırladıqları dərmanı böyrək və qaraciyər müalicəsində istifadə ediblər. Bu meyvə eyni zamanda sağlamlıq baxımından inanılmaz faydalara malikdir.

Goji meyvəsinin sağlamlığa faydaları

- Ömrünüzə ömür qatar. Goji “uzun ömür meyvəsi” olaraq da tanınır. Tərkibindəki güclü antioksidantlar sayəsində sərbəst radikalların yaradacağı zərərlərinə və erkən yaşlanmaya qarşı orqanizmi qoruyur.

- İmmuniteti gücləndirir.

- Qaraciyər və ürək üçün faydalıdır.

- Orqanizmi ziyanlı maddələrdən, toksinlərdən, sərbəst radikallardan təmizləyir, xolesterolun və şəkərin səviyyəsini aşağı salır.

- Çində aparılan bir araşdırmaya görə, goji meyvəsinin bəzi xərçəng və AIDS xəstəliyinin müalicəsində immunitetin gücləndirilməsi üçün istifadə olunub.

- Gündə bir ovuc yeyilən goji meyvəsinin sürətli arıqlamağa kömək edir. Məşhur dietoloq və arıqlamaq üzrə mütəxəssis Pyer Dükan arıqlamaq məqsədi ilə hər gün 50 qr goji meyvəsini yeməyi tövsiyə edir. Təbii ki, bundan əlavə insan müəyyən pəhriz saxlamalı və idmanla məşğul olmalıdır.

- Xoşbəxtlik verir. Sistemli miqdarda yeyilən goji meyvəsi xoşbəxt və şən bir ruh halının yaranmasına kömək edir.

- Xərçəng xəstələrinə dərmandır. Çində aparılan araşdırmaya görə, xərçəngin müalicəsi zamanı dərman müalicəsi ilə yanaşı goji meyvəsindən istifadə edən xəstələrdə müsbət cavablar, sadəcə dərman istifadə edən xəstələrə nisbətən 25% faiz səviyyəsində artıb.

- Cinsi gücün qaynağı bu meyvədədir. Tibetlilər ona cinsi gücü artırması səbəbi ilə “xoşbəxtlik meyvəsi” deyir.

Goji meyvəsindən fayda almaq üçün onu az miqdarda (gündə 1-2 x.q.) lakın müntəzəm olaraq yemək lazımdır.

Goji bitkisini evinizdə dibçəkdə yetişdirə bilərsiniz.




Oxşar xəbərlər

Son xəbərlər