18
сентября
2022
14:13
Meymunçiçəyi Çinə çatdı
Çinin cənub-qərbində yerləşən Çunçin şəhərində bir şəxsdə meymunçiçəyi virusunun aşkarlanması ilə ölkədə ilk yoluxma faktı qeydə alınıb.
BiG.AZ Teleqraf.com-a istinadla xəbər verir ki, səlahiyyətlilər virusun xaricdən gələn bir şəxsdə tapıldığını bildiriblər.
COVID-19 tədbirləri çərçivəsində karantində saxlanılan şəxsin bədənində səpgi kimi simptomlar müşahidə olunub. Aparılan meymunçiçəyi virusu testi müsbət nəticə verib.
Bildirilib ki, təcrid olunmuş xəstənin müalicəsi davam etdirilir, xəstə ilə təmasda olan şəxslər də müşahidə altında saxlanılır.