17:20 Övlad sahibi olmaq üçün effektiv müalicə hansıdır? 17:19 Quzu ətinin qiyməti 30 manatı KEÇDİ – Daha da BAHALAŞACAQ? 17:18 "İş təklifi" adı altında fırıldaq: Kartınızı qorumağın yolları 17:17 16 noyabr Beynəlxalq Tolerantlıq Günüdür 17:16 Sabah bu ərazilərə qar yağacaq 17:15 Gələn il Azərbaycanda notbukların qiyməti artacaq? 17:14 "Telegram"da ilk hədiyyə hərracı keçirilib 17:13 Dubayda dünyanın ən hündür hoteli açılıb 23:29 ​5 gün ardıcıl QEYRİ-İŞ GÜNÜ OLACAQ - TARİXLƏR 19:23 ChatGPT-nin iki yeni versiyası təqdim olundu

"Qalatasaray"da şok istefa

"Qalatasaray"da şok istefa

"Qalatasaray" Klubunun İdarə Heyətinin üzvü Ali Yüce istefa verib.

Oxu.Az "Haber Global"a istinadən xəbər verir ki, bu barədə o, sosial şəbəkə hesabından açıqlama verib.

Yüce açıqlamasında 25 may 2024-cü ildə keçirilən seçkidə klub prezidenti Dursun Özbekin dəvəti ilə İdarə Heyətinə daxil olmağı qəbul etdiyini qeyd edib.

"Seçildiyimiz gündən bu yana "Qalatasaray"ın mənafeləri istiqamətində üzərimə düşən bütün məsuliyyətləri yerinə yetirməyə çalışdım. Vəzifədə olduğum müddət ərzində ictimaiyyətimizin gündəmini və gözləntilərini diqqətlə izləyib İdarə Heyəti iclaslarında dilə gətirməyə səy göstərdim. Lakin bu səyi göstərdiyim müddətdə idarəetmə anlayışı və qərar qəbuletmə proseslərindəki ciddi fikir ayrılıqları səbəbindən bir yol ayrıcına gəldiyimi gördüm", - Ali Yüce yazıb.

Yüce, həmçinin "qara bazar"da bilet satışı iddiaları ilə əlaqədar klubun rəsmi hesablarından dünən edilən açıqlamaya diqqət çəkib.

"Klubumuza böyük bir nüfuz və maddi qazanc gətirəcək olan Çempionlar Liqası pley-off cavab oyunumuza saatlar qalmış, rəsmi hesabımızdan paylaşılan açıqlamanın üsulu və vaxtı, şəxsən mənim qərar qəbul etməyimi zəruri etdi. Bu gündən etibarən "Qalatasaray" İdman Klubunun İdarə Heyəti üzvlüyü vəzifəmdən istefa etmiş oluram", - o bildirib.

"Qalatasaray"da şok istefa



menu Menu game Oyunlar mail Poçt live Live profile Страница