Trampa qarşı cinayət işinə xitam verildi
Dünya 4

Trampa qarşı cinayət işinə xitam verildi

Florida ştatının Cənub Dairəsinin Federal Məhkəməsi ABŞ-nin keçmiş prezidenti Donald Trampın məxfi sənədləri düzgün saxlamaması ilə bağlı bütün ittihamları rədd etmək qərarına gəlib.

Müvafiq qərar qurumun elektron məlumat bazasında dərc edilib.

Oxu.Az TASS-a istinadən xəbər verir ki, məhkəmə katibinə bu işə xitam verilməsi tapşırılıb. İş üzrə təyin edilmiş bütün dinləmələr ləğv edilib.

Qeyd edək ki, 2022-ci ilin avqustunda Trampın Floridadakı Mar-a-Laqo malikanəsində aparılan axtarış zamanı Federal Təhqiqat Bürosunun (FBI) əməkdaşları ümumilikdə 102 sənəd ələ keçiriblər. Onlardan 17-si "tam məxfi" kimi təsnif edilib.

2023-cü ilin iyununda Mayami məhkəməsi eks-prezidenti məxfi sənədlərlə düzgün işləməməkdə ittiham edib. Ağ Evin keçmiş sahibinin özü iddia edib ki, tələskənlik və iş yükü çox olduğundan sənədləri qaytarmağa vaxt tapmayıb.



Oxşar xəbərlər

Son xəbərlər