Diqqət! Bakı sakinlərinin NƏZƏRİNƏ - Saat 12-dən etibarən...

Diqqət! Bakı sakinlərinin NƏZƏRİNƏ - Saat 12-dən etibarən...
Xeberler 20

Bu gündən etibarən paytaxt Bakıda geomaqnit qasırğası müşahidə olunacaq. Bu dəfə zəif geomaqnit qasırğası hökm sürəcək.

BiG.AZ xəbər verir ki, zəif geomaqnit qasırğası bu gün saat 12:00-dan etibarən hiss edilməyə başlayacaq, axşama doğru 18:00 aralıqlarınadək davam edəcək. Saat 15-00-da isə az geomaqnit qasırğası baş verəcək.

Məlumata görə, sabah yəni saat 18:00 və 21-00 aralığında zəif geomaqnit qasırğası müşahidə ediləcək.

20 iyul tarixində isə bütün günü zəif geomaqnit qasırğası hökm sürəcək.

İyulun 21-də isə zəif geomaqnit qasırğası saat 15-00-a qədər davam edəcək. Bundan sonra 24 iyul tarixinə qədər zəif geomaqnit qasırğası gözlənilmir.

Qeyd edək ki, geomaqnit qasırğası meteohəssas, yaşı 60-dan yuxarı olanlar və hər hansı bir xəstəliyi olan insanlarda narahatlıq yarada bilər. Belə günlərdə başağrısı, başgicəllənmə, ürəkbulanma, əzələ və oynaqlarda ağrı və yuxusuzluq halları baş verə bilər.

Geomaqnit qasırğasının sağlamlığa mənfi təsirini azaltmaq üçün telefon, kompüter, planşet, televizor kimi əşyalardan minimum istifadə edilməlidir.


Oxşar xəbərlər

Son xəbərlər

Кликните на изображение чтобы обновить код, если он неразборчив