16:43 "Xanım rəqibim yoxdur" 16:42 Pensiyalar bu tarixdə ödəniləcək 16:39 Qurdun yeni mahnısı gündəm oldu - Dinlənmələr sürətlə artır 16:37 Qoxuya qarşı mübarizə: Bir neçə damcı limon suyu yox edir 16:35 İnsanlar niyə xəbər saytlarından xəbər oxumaq istəmirlər? - MEDİA EKSPERTİ AÇIQLADI 13:56 Sabah Bakıya yağış, rayonlara qar yağacaq 13:55 Günəşdə güclü partlayışlar baş verib 18:22 Uşaqlarda nitq gecikməsi buna görə baş verir - Valideynlər diqqətli olsun 18:21 Autizim uşaqlarda diqqət və yaddaşın inkişafı üçün oyunu texnologiyası 18:19 Azərbaycan orbitə "Zəfər" peyki buraxıb

Hamiləlik zamanı çatışmazlığı uşaqda şizofreniyaya səbəb ola biləcək vitamin açıqlandı

Hamiləlik zamanı çatışmazlığı uşaqda şizofreniyaya səbəb ola biləcək vitamin açıqlandı
Alimlər hamiləlik zamanı çatışmazlığı uşaqda şizofreniyaya səbəb ola biləcək vitamini müəyyən ediblər. Məlum olub ki, "D" vitamini şizofreniyada inkişaf edən beyin hüceyrələrinə təsir edir.
Bu barədə Kvinslend Universitetinin alimləri tədqiqat aparıblar. Elmi işin nəticələri "Journal of Neurochemistry" jurnalında dərc olunub.
Qeyd edilir ki, şizofreniyanın dəqiq səbəbləri bilinməsə də sinir impulslarının ötürülməsində iştirak edən maddə - dofaminin işinin pozulması ilə əlaqəli olduğu məlumdur.
Elm adamları laboratoriya şəraitində beyində dofamin ifrazına cavabdeh olan sinir hüceyrələri yetişdiriblər. Neyronlar həm "D" vitaminin aktiv hormonu olan, həm də olmayan halda yetişdirilib.
Bioloqlar müəyyən ediblər ki, "D" vitamini səviyyəsi dofamin buraxan hüceyrələrin böyüməsinə təsir göstərir.
Nəticələrə əsaslanaraq, tədqiqatçılar "D" vitamini çatışmazlığının uşaqda məlumatların qavranılması və əhval-ruhiyyənin tənzimlənməsi üçün cavabdeh olan kritik neyronların formalaşmasına mane ola biləcəyini bildiriblər.
Alimlər bildiriblər ki, nəticələr şizofreniya xəstəliyinin qarşısının alınması və müalicəsi üçün konkret tövsiyələr verməsə də, hamiləlik zamanı qadınların düzgün qidalanmasının və sağlamlığının qorunmasının vacibliyini nümayiş etdirir.(oxu.az)


Yandex.Metrika
KatStat.ru
MobTop.az
menu Menu game Oyunlar mail Poçt live Live profile Страница