16:43 "Xanım rəqibim yoxdur" 16:42 Pensiyalar bu tarixdə ödəniləcək 16:39 Qurdun yeni mahnısı gündəm oldu - Dinlənmələr sürətlə artır 16:37 Qoxuya qarşı mübarizə: Bir neçə damcı limon suyu yox edir 16:35 İnsanlar niyə xəbər saytlarından xəbər oxumaq istəmirlər? - MEDİA EKSPERTİ AÇIQLADI 13:56 Sabah Bakıya yağış, rayonlara qar yağacaq 13:55 Günəşdə güclü partlayışlar baş verib 18:22 Uşaqlarda nitq gecikməsi buna görə baş verir - Valideynlər diqqətli olsun 18:21 Autizim uşaqlarda diqqət və yaddaşın inkişafı üçün oyunu texnologiyası 18:19 Azərbaycan orbitə "Zəfər" peyki buraxıb

Dörd aylıq körpələrin özünü dərk etdiyi sübut olundu

Dörd aylıq körpələrin özünü dərk etdiyi sübut olundu
Birmingem Universitetinin alimləri dörd aylıq körpələrdə özünü dərketmə qabiliyyətini kəşf ediblər.


BiG.AZ oxu.az-a istinadən bildirir ki, eksperiment zamanı mütəxəssislər körpələrə ekranda onlara doğru və ya onlardan uzaqlaşan topu göstəriblər. Ekrandakı top ən yaxın olduğu məqamda, uşaqların əllərinə yumşaq vibrasiya ilə toxunuşu simulyasiya ediblər. Həmin anda beynin aktivliyini ölçüblər.


Tədqiqatçılar körpələrin dörd aylığından etibarən toxunma beyin aktivliyinin artdığını aşkar ediblər. Yəni, uşaqlar müstəqil olaraq obyektlərə çatmağı öyrənməmişdən əvvəl, onların beyinləri artıq sensor və vizual qavrayış arasında əlaqə yaratmağa hazırdır. Bu o deməkdir ki, onlar ətrafdakı məkanı hiss edə, bədənlərinin xarici obyektlər və şəraitlə necə qarşılıqlı əlaqədə olduğunu başa düşə bilərlər.


2023-cü ilin oktyabrında Avstraliya, Almaniya və ABŞ-dən olan beynəlxalq mütəxəssislər qrupu yeni doğulmuş uşaqlarda şüurun olduğunu sübut ediblər. Alimlər həmçinin onun əlamətlərinin daha erkən - hamiləliyin son aylarında döldə mövcud ola biləcəyini təxmin ediblər.



Yandex.Metrika
KatStat.ru
MobTop.az
menu Menu game Oyunlar mail Poçt live Live profile Страница