Воскресенье
сен 08

Dırnaqların ev şəraitində bərkidilməsi üçün effektli məsləhətlər...

Dırnaqlara ev şəraitində,salon prosedurları olmadan lazımı qulluq göstərmək mümkündür yoxsa yox kimi suala cavab vermədən öncə, dırnağın struktur və tərkibinin nədən ibarət olduğunu öyrənək.

Dırnaq plastinası - arasında nazik yağ və su qatı olan keratin təbəqələrindən ibarətdir. Bu qatların balansı, sağlam və gözəl dırnaqlara cavabdehdir. Əgər dırnaqlar qurudulub və yağ qatı azalıbsa, o zaman onlar tez sınan olacaqlar. Su ilə kontakt çox olduqda isə, dırnaq plastinası suyu özünə hopur,dırnaq qatı şişir və qatlanır. Əlbəttə endokrin sistemin pozğunluqları da dırnağın vəziyyətinə təsir edir, lakin kimyəvi və mexaniki zədələnmə birinici yerdədir.

Dırnaqları necə möhkəmləndirmək olar?

- İlk öncə çalışın su, kimyəvi vasitələrlə kontaktda az olun. Qabları yalnız əlcəkdə yumaq məsləhət görülür. Qədim zamanlardan işlənnən sodalı vanna məsləhətlərinin də bir o qədər effektiv olmadığını bilin.

- Ev manikuru üçün yüksək abrazivliyi olan şüşə pilkalardan istifadə edin.(220 qrit) Dırnaqların qıraqlarını pilkalamayın, o zaman dırnaq plastinası zədələnir və dırnaq tez sınır.

- Daim nəmləndirici kremlərdən istifadə edirn.Dırnaqlar daim qidaya ehtiyac duyduğundan, çalışın yüksək tərkibli A, E vitamini və lanolin olan kremlərə üstünlük verin.

- Şelak və dırnaqların süni yolla uzadılmasından uzaq olun. Süni materiallar və daimi korreksiya dırnaqların strukturuna çox mənfi təsir edir.

- Boya seçiminə gəldikdə isə, qidalandırıcı, qoruyucu və tərkibində vitamin olan rəngsiz laklardan istifadə etmək məsləhət görülür. Rəngli boylardan isə tərkibində toluen, formaldeqid və dibutilftalat maddəsi olmayan boyaları istifadə etməniz məsləhət görülür.

Dırnaqlar qatlanırsa(laylanırsa) nə etməli?

Buna səbəb əvəz olunmaz yağ turşularının çatışmazlığı ola bilər. Bu hallarda əsasən qida rasionuna fikir vermək( bitki yağlarında daha çox istifadə etmək) və dırnaqlar üçün yağ vannaları etmək məsləhət görülür.

Dırnaqlar tez sınır?

Buna səbəb hipotirioz(qalxanvari vəz funksiyasının aşağı olmas) və ya qanda hemoqlobininn səviyyəsinin aşağı olması ilə bağlı ola bilər. Bu hallarda isə, göyərti(xüsusən ispanaq) , turp və kələm kimi məhsulları rasiona daxil etmək və endokrionoloqla məsləhətləşmək lazımdır.

Dırnaqlar gec uzanır?

Güclü stress, xroniki iltihabi xəstəliklər və protein çatışmazlığı buna bir başa səbəbdir. Bu hallarda da qida rasionunuzu gözdən keçirtməniz məsləhət görülür.Çünki, əsasən zülal çatışmazlığı bu kimi problemin başlıca səsəbidir. Bundan əlavə əllər üçün gimnastik hərəkətlər etmək məsləhətdir, belə ki, bu halda yerli qan dövranı yaxşılaşaraq, dırnaqların inkişafını stimullaşdırır.

Saglamolun.Az

Комментарии (0)

Оставить комментарий