Воскресенье
мар 05

Hamiləliyin 8-ci həftəsi

Hamiləliyin 8-ci həftəsi
Döl inkişaf etməyə davam edir. Gün keçdikcə o daha çox körpəni xatırladır.

Hamiləliyin 8-ci həftəsi: körpədə hansı dəyişikliklər baş verir?
Dölün başı hələki bədənə nisbətən böyükdür və ümumi ölçüsünün yarısını təşkil edir. Başın yan tərəflərində göz qapaqlarıyla örtülmüş gözlər yerləşir. 8-9 həftəlik hamiləlik zamanı tоr qişada piqment əmələ gəlir – gələcəkdə işığahəssas səth. Daxili qulaq, dil və dad reseptorları formalaşır. Körpənin burnunda artıq burun dəlikləri var.

Bilməniz faydalıdır
Bu dövrdə bronxlar və böyrəklər formalaşır. Çəngələbənzər vəz əmələ gəlir – körpənin imunniteti üçün vacib olan orqan. Onun daxilində ilk müdafiə hüceyrələri - limfositlər yer alır.
Bədən də dəyişir. Hamiləliyin 8-ci həftəsində sümük və qığırdaqlar inkişaf edir, bununla da əl - ayaqlar böyüməyə başlayır. Əllərdə dirsək qatlarını görmək olur, çiyin və qollar görsənir. Ayaqlar inkişafda gecikir və daha çox üzgəclərə bənzəyir.
Sinir sistemi mürəkkəbləşir: körpənin 8-ci həftədəki inkişafı baş və onurğa beyninin differensasiyası ilə xarakterizə olunur.
Hamiləliyin 8-ci həftəsində həzm sistemində qida borusu, qarın və bağırsaq görünür. Qaraciyər aktiv şəkildə qan hüceyrələrini istehsal edir.
Ürəyin inkişafı davam edir. Bu mərhələdə, böyüklərdə olduğu kimi, o 4 kameralıdır  - iki qulaqcıq və iki mədəcikdən ibarətdir. Mədəciklər arası dəlik bitişir, qulaqcıqlar arası əlaqə isə doğum anına kimi qalır.
Əgər oğlan gözləyirsinizsə, hamiləliyin 8-ci həftəsində onun cinsiyyət orqanları yaranır. Qızlarda bu zaman yumurtalıqlar formalaşır (hansılarda ki, yumurta hüceyrələri yetişir). Düzdür, cinsiyyəti müəyyən etmək hələki çox tezdir.
Dölün inkişafı ciftin inkişafıyla bərabər olur. 8-ci həftədə körpənin qidalanmasında dəyişikliklər baş verir. Bu andan körpə qidanı göbək ciyəsindən almağa başlayır. 
Körpəni əhatə edən mayenın miqdarı artır. Körpənin ölçüsü artıq 1.5 - 2 sm-dir. Bu inanılmazdır, lakin artıq bu həftədən körpə hərəkət etməyə başlayır. Düzdür o cuzi hərəkətlərdir və daha çox səyriməyə bənzəyir.
Hamiləliyin 8-ci həftəsində körpənin bütün orqanlarının artıq təməli qoyulub.  Gələcəkdə onlar mükəmməlləşəcək, döl böyüməyə başlayacaq.

Hamiləliyin 8-ci həftəsi: anada hansı dəyişikliklər baş verir?
Bu müddətdə qadınları əvvəlki həftələrdəki kimi yuxusuzluq, yorğunluq, iş qabiliyyətinin azalması, yüksək həssaslıq narahat edir. Kimlərdəsə bu əlamətlər bir neçə həftələr ərzində dəyişilməz qalır, kimlərdə isə ilk dəfə müşahidə olunur və ya daha da artır.
Ürəkbulanma və səhər saatlarında qusma halları narahatlığa səbəb olur. Sizdə toksikoz yoxdursa, yüngül çəki artımı müşahidə edə bilərsiniz.

Bilməniz vacibdir!
Xatırladaq ki toksikozun olması və ya olmaması bu müddət üçün normal haldır. Əgər sizdə toksikoz yoxdursa narahat olmayın.
Gələcək ana vaginadan gələn ifrazatdan şikayət edə bilər. Əgər o rəngsizdirsə, qoxusuzdursa, qaşınmayla və ya başqa xoşagəlməz hisslərlə müşahidə olunmursa,  bu tamamilə normal halldır. Xoşagəlməz qoxu, çox miqdarda ifrazat və onun rənginin dəyişməsi zamanı mütləq bizə müraciət edin.

Bilməniz vacibdir!
Qarındaki hissiyyatlara nəzər yetirin. Qisamüddətli və intentensivliyi az olan ağrılar normaldır, lakin onlar daimidirsə, qanlı ifrazatla müşahidə olunursa , zaman itirmədən bizə  müraciət edin.
Qadınların çoxsu vaxtaşırı qarında təkanlar hiss edir , uşağın tərpənişinə bənzər. Uşağın doğrudan da tərpənməsinə baxmayaraq, onu hiss etməyiniz hələ ki, çox tezdir. Çox güman ki, bu hisslər bağırsağın fəaliyyəti ilə əlaqəlidir.
Hamiləliyin 8-ci həftəsində qarın görünüşcə hamilə olmadığınız vaxtdakı kimidir. O böyüməyib, yan tərəfləri biraz düzləşir. Sevdiyiniz dar paltarları hələdə geyinə bilirsiniz.  Lakin hamilələrin çoxu artıq 8-ci həftədə daha rahat paltarlara üstünlük verirlər.
USM zamanı körpənin xarici görünüşü onun mövqeyindən asılıdır. Əgər döl yan dayanıbsa onun amniotik maye ilə əhatə olunmuş uzunsov bədəni görünür. Əgər baş hissəsi cihazın sensoruna istiqamətlənibsə yumru ləkəyə bənzəyir.
Hamiləliyin 8-ci həftəsində planlaşdırılmış USM tətbiq edilmir. Bu müayinə yalnız əvvəl USM edilməmiş və ya inkişafdan qalmış hamiləlikləri olan qadınlarda aparılır. Bu üsül ana və körpə üçün təhlükəsizdir, körpənin inkişafını qiymətləndirməyə, hamiləliyin müddətini təyin etməyə kömək edir.

Комментарии (0)

Оставить комментарий