Operativ xəbər portalı!

Dili seçin

Rəhbərlər bunu nəzərə almırlar - İşçiləri necə xoşbəxt etmək olar?

Rəhbərlər bunu nəzərə almırlar - İşçiləri necə xoşbəxt etmək olar?

Cəmiyyətin mədəni səviyyəsini göstərən əsas davranışlardan biri də sıra gözləmə qaydalarına riayət etməkdir. Təəssüf ki, bir çox hallarda ictimai yerlərdə — banklarda, dayanacaqlarda, mağazalarda insanlar arasında bu mədəniyyətin pozulduğu müşahidə olunur.

Sosioloq Kənan Abbasov BiG.AZ-a bildirib ki, sıra mədəniyyətinin formalaşması təkcə qayda-qanun məsələsi deyil, həm də ictimai hörmət və empatiya mədəniyyəti ilə bağlıdır:

"İnsan başqasının haqqına hörmət etməyi öyrənməlidir. Sıra gözləmək sadəcə fiziki davranış deyil, sosial məsuliyyət və qarşılıqlı hörmətin göstəricisidir.

Bu vərdişi cəmiyyətə aşılamağın ən effektiv yolu təhsil sistemindən və ailədən başlanmalıdır. Uşaqlara artıq məktəb yaşından növbə gözləmə, paylaşma və başqasının hüququna hörmət kimi dəyərlər öyrədilməlidir. Bu davranış sonradan təbii vərdişə çevrilir.

İctimai yerlərdə də maarifləndirici lövhələr və səmimi xatırlatmalar sıra mədəniyyətini gücləndirə bilər.

Sadə mesajlar – "Zəhmət olmasa, sıra gözləyin", "Növbə hər kəs üçündür’"kimi yazılar insanları düşünməyə vadar edir. Bu, sərt qadağadan daha effektlidir.

Sıra mədəniyyəti qaydalardan çox, qarşılıqlı hörmət və sosial məsuliyyət məsələsidir. Bu davranışı cəmiyyətə aşılamaq üçün ailə tərbiyəsi, təhsil, maarifləndirmə və nümunəvi davranış birgə təsir göstərməlidir".




Яндекс.Метрика MobTop.az