16:43 "Xanım rəqibim yoxdur" 16:42 Pensiyalar bu tarixdə ödəniləcək 16:39 Qurdun yeni mahnısı gündəm oldu - Dinlənmələr sürətlə artır 16:37 Qoxuya qarşı mübarizə: Bir neçə damcı limon suyu yox edir 16:35 İnsanlar niyə xəbər saytlarından xəbər oxumaq istəmirlər? - MEDİA EKSPERTİ AÇIQLADI 13:56 Sabah Bakıya yağış, rayonlara qar yağacaq 13:55 Günəşdə güclü partlayışlar baş verib 18:22 Uşaqlarda nitq gecikməsi buna görə baş verir - Valideynlər diqqətli olsun 18:21 Autizim uşaqlarda diqqət və yaddaşın inkişafı üçün oyunu texnologiyası 18:19 Azərbaycan orbitə "Zəfər" peyki buraxıb

"Evdə tez-tez qışqırıq və münaqişə olarsa, uşaq da bunu normal ünsiyyət forması kimi qəbul edir" - Psixoloq

"Evdə tez-tez qışqırıq və münaqişə olarsa, uşaq da bunu normal ünsiyyət forması kimi qəbul edir" - Psixoloq

Uşaqlarda aqressiv davranış valideynləri ən çox narahat edən məsələlərdən biridir. Aqresiya adətən uşağın emosional ehtiyaclarının qarşılanmaması, diqqət çatışmazlığı və ya sərhədlərin düzgün qoyulmaması ilə əlaqədardır.

Psixoloq Aytəkin Əliyeva BiG.AZ-a bildirib ki, valideynlər uşağın aqressiyasına qarşı sərt cəza ilə deyil, anlayış və istiqamətlə yanaşmalıdırlar:

"Uşaq qışqırır, əşyaları atır və ya vurursa, bu, çox vaxt özünü ifadə etməkdə çətinlik çəkdiyi üçündür. Onun davranışını tənqid etmək əvəzinə, "Səni başa düşürəm, amma bu davranış düzgün deyil" kimi sakit və aydın mesajlar vermək daha təsirlidir.

Uşaqlarda aqresiyanın qarşısını almağın ən effektiv yolu emosional tərbiyə və müsbət nümunə göstərməkdir.

Uşaqlar valideynlərin davranışlarını kopyalayırlar. Evdə tez-tez qışqırıq və münaqişə olarsa, uşaq da bunu normal ünsiyyət forması kimi qəbul edir. Buna görə ailədə sakit atmosfer yaratmaq çox vacibdir.

Uşağın enerjisini yönəltmək üçün idman, yaradıcılıq fəaliyyətləri və açıq havada oyunlar da faydalıdır. Uşaq enerjisini konstruktiv yolla ifadə etməyi öyrəndikcə aqressiya azalır. Hər gün müəyyən vaxtlarda fiziki aktivlik onun emosional balansını qoruyur.

Valideynlər uşağın davranışına etiket yapışdırmaqdan çəkinməlidirlər.

Heç vaxt "sən pis uşaqsan’"deməyin. Uşağı deyil, davranışı dəyərləndirin. Bu, onun özünü dəyərli hiss etməsinə və aqressiv reaksiya verməməsinə kömək edəcək.

Uşaqlarda aqressiyanın qarşısını almaq üçün sevgi, sabitlik, səbir və düzgün ünsiyyət vacibdir. Aqressiya cəza ilə deyil, anlayış və yönləndirmə ilə azalır".




Yandex.Metrika
KatStat.ru
MobTop.az
menu Menu game Oyunlar mail Poçt live Live profile Страница