17:20 Övlad sahibi olmaq üçün effektiv müalicə hansıdır? 17:19 Quzu ətinin qiyməti 30 manatı KEÇDİ – Daha da BAHALAŞACAQ? 17:18 "İş təklifi" adı altında fırıldaq: Kartınızı qorumağın yolları 17:17 16 noyabr Beynəlxalq Tolerantlıq Günüdür 17:16 Sabah bu ərazilərə qar yağacaq 17:15 Gələn il Azərbaycanda notbukların qiyməti artacaq? 17:14 "Telegram"da ilk hədiyyə hərracı keçirilib 17:13 Dubayda dünyanın ən hündür hoteli açılıb 23:29 ​5 gün ardıcıl QEYRİ-İŞ GÜNÜ OLACAQ - TARİXLƏR 19:23 ChatGPT-nin iki yeni versiyası təqdim olundu

"Niyə onu verilişə çağırırsınız" - Video

"Niyə onu verilişə çağırırsınız" - Video
Klarnet ifaçısı Hüseyn Məhəmmədoğlu "3 min manatlıq telefona ehtiyacım varsa, ya həyat yoldaşım onu mənə almalıdır, ya da boşanmalıyam" sözlərini deyən psixoloq Əfsanə Rüstəmova ilə bağlı paylaşım edib.


BiG.AZ "Axşam.az"a istinadən xəbər verir ki, videoaçıqlama yayan musiqiçi telekanallara səslənib. O bildirib ki, aparıcılar reytinq xatirinə insanlarda pis fikirlər formalaşdırırlar:


"Televiziya insanların formalaşmasında bir vasitədir. Bütün verilişlər insanların tərbiyələnməsinə, vətənpərvərliyinə təsir edir, maarifləndirir, musiqilər zövq formalaşdırır. Zövqsüz müğənniləri çıxartdınız, musiqini yaman günə qoydunuz. İndi nə etmək istəyirsiniz? İnsanların ailəsini dağıtmaq istəyirsiniz? Biabırçılıqdır. Niyə onu verilişə çağırırsınız, ya da həmin sözləri kəsib atmırsınız.


Bu sözlər bəzi qadınların düşüncəsinə təsir edir. Sabah qadın imkansız ərindən telefon istəyəcək, ər ala bilməyəndə qadın boşanacaq. Sonra da deyirlər, boşanmaların sayı artır. İnsan xəyanətə görə boşanar. Buna görə adam boşanmaz. İnsanları maarifləndirin ki, yaxşı yaşasınlar. Bunu deyən psixoloqdur. Biz psixoloq dinləyirik ki, yaxşı düşünək. Televiziya proqramları, reytinq xatirinə işləyənlər, siz Azərbaycan cəmiyyətini yaman günə qoymaq niyyətindəsiniz. Nə var ki, reytinq cədvəlində bir az yüksək olasınız".



menu Menu game Oyunlar mail Poçt live Live profile Страница