13:56 Sabah Bakıya yağış, rayonlara qar yağacaq 13:55 Günəşdə güclü partlayışlar baş verib 18:22 Uşaqlarda nitq gecikməsi buna görə baş verir - Valideynlər diqqətli olsun 18:21 Autizim uşaqlarda diqqət və yaddaşın inkişafı üçün oyunu texnologiyası 18:19 Azərbaycan orbitə "Zəfər" peyki buraxıb 18:18 Hər kəsin faydalı bildiyi banan bu şəxslər üçün təhlükəlidir 18:16 Hərbi xidmətə çağırışla bağlı YENİLİK 18:14 Sabah yağış yağacaq? - Proqnoz 18:13 Əmək Məcəlləsinə "Məsafədən (distant) iş" anlayışı əlavə edilir 18:12 Dünyanı qorxuya salan "H3N2" virusu ölkəmizdə də yayıla bilərmi? - AÇIQLAMA

Ərinin azyaşlı qızına şiddət göstərməsinin görüntülərini çəkən ana DANIŞDI - VİDEO

Ərinin azyaşlı qızına şiddət göstərməsinin görüntülərini çəkən ana DANIŞDI - VİDEO
"Uşaqlarla söyüşlə danışırdı. Etiraz edəndə məni də təhqir edirdi".


Bunu qadın ərinin qızına fiziki şiddət göstərməsi məsələsi ilə bağlı Baku TV-yə açıqlamasında deyib.


Azyaşlının anasının sözlərinə görə, atası 15 yaşlı qızını təhsildən yayındırmağa çalışıb:


"Beyninə ancaq evlilik haqqında fikirlər yeridirdi. Deyirdi ki, səni aparıb nənənin yanına qoyacağıq, o sənə tərbiyə verəcək. Sonra da sənə toy edəcəyəm, cehiz verəcəyəm".


Özünün və övladlarının dəfələrlə şiddətə məruz qaldığını deyən ana yaşadıqları zorakılığa görə 2019-cu ildə həyat yoldaşını polisə şikayət etdiyini də bildirib.


"Ağsaqqallara qulaq asıb bir dəfə bağışladım. Uşaqlara görə barışdım. Amma indi qəti qərarımdır, boşanmaq istəyirəm", - o söyləyib.


Qeyd edək ki, Bakı şəhəri, Türkan qəsəbəsi sakini, 1983-cü il təvəllüdlü Elnur Məmmədov arvadı və qızlarına şiddət göstərib. Şiddət görən ana digər övladlarını qorumaq üçün onun hərəkətlərini əks etdirən görüntüləri lentə alıb.


Daha ətraflı Baku TV-nin süjetində:


Yandex.Metrika
KatStat.ru
MobTop.az
menu Menu game Oyunlar mail Poçt live Live profile Страница