08:56 Sosial şəbəkə profilləri izlənilir? - DİN açıqlama yaydı 08:54 Almaniya qanunvericiliyi sərtləşdirir 22:56 Zeytun yağından istifadə zamanı edilən 4 səhv 16:43 "Xanım rəqibim yoxdur" 16:42 Pensiyalar bu tarixdə ödəniləcək 16:39 Qurdun yeni mahnısı gündəm oldu - Dinlənmələr sürətlə artır 16:37 Qoxuya qarşı mübarizə: Bir neçə damcı limon suyu yox edir 16:35 İnsanlar niyə xəbər saytlarından xəbər oxumaq istəmirlər? - MEDİA EKSPERTİ AÇIQLADI 13:56 Sabah Bakıya yağış, rayonlara qar yağacaq 13:55 Günəşdə güclü partlayışlar baş verib

"Google" yüzlərlə süni intellekt üzrə təlimçini işdən çıxardı

"Google" yüzlərlə süni intellekt üzrə təlimçini işdən çıxardı

ABŞ-nin "Google" korporasiyasında süni intellekt məhsullarının qiymətləndirilməsi və təkmilləşdirilməsi üzərində çalışan 200-dən çox işçi xəbərdarlıq edilmədən işdən qovulub.

Oxu.Az xəbər verir ki, bu barədə "Wired" jurnalı məlumat yayıb.

İşçilərin sözlərinə görə, son ixtisarlar onların aşağı maaş və əmək təminatının olmaması kimi problemlərdən yaranan etirazlarını yatırtmaq cəhdləri fonunda baş verir. Qeyd olunur ki, bu hallar işçilərin əhval-ruhiyyəsinə təsir edib və onların işlərini yaxşı görmək imkanlarını təhlükə altına alıb.

Son illərdə "Google", "Gemini" çatbotunun cavablarının təhlili, redaktəsi və ya dəyişdirilməsini əhatə edən süni intellekt qiymətləndirmə işini Yaponiyanın "Hitachi" şirkətinə məxsus "GlobalLogic"də çalışan minlərlə podratçıya və digər autsorsinq şirkətlərinə həvalə edib.

"Onlar sadəcə məni ayırdılar… Səbəbini soruşdum və dedilər ki, "layihənin bağlanması" dedilər - artıq bu nə deməkdirsə", - deyə işdən qovulmuş işçi Endryu Lauzo bildirib.

Eyni zamanda, o iddia edib ki, bu il "GlobalLogic" öz işçilərini müntəzəm olaraq işdən çıxarmağa başlayıb.

"Hər an işdən çıxarıla biləriksə, bu işdə özümüzü necə təhlükəsiz hiss edək?" - deyə o yekunlaşdırıb.




Yandex.Metrika
KatStat.ru
MobTop.az
menu Menu game Oyunlar mail Poçt live Live profile Страница