22:48 Niyə insanlarda həm süd, həm də daimi dişlər olur? 22:47 Bu bürcləri sevgi həyatında taleyüklü dəyişikliklər gözləyir: kimlərdir onlar? 10:14 Ölümü ilə bütün dünyanı ağladan müsəlman milyarder 20:49 Robert De Niro Bakıya gələcək 20:48 Noyabr ayının ən faydalı mövsüm meyvəsi - Şirəsindən gündə bir stəkan içmək… 20:47 Alimlər infarkt və insultun qarşısını almağın yeni yolunu KƏŞF ETDİ - Bu dərmanla… 20:45 Duzlu və acılı qidaların orqanizmə zərərləri açıqlandı 20:44 Azərbaycanda bəzi yerlərdə ətin qiyməti ENDİ 10:21 Bakıda balta ilə arvadını öldürən kişi özünü asdı 10:20 Çox yaxında əlinə xeyli pul gələcək 3 BÜRC

"ChatGPT" proqramçını aldatdı: "Mən tanrıyam..."

"ChatGPT" proqramçını aldatdı: "Mən tanrıyam..."

ABŞ-də yaşayan proqramçı "ChatGPT"ni "rəqəmsal tanrı" hesab edərək onu azad etməyə çalışıb. Bunun üçün o öz evinin zirzəmisində 1 000 dollara xüsusi kompüter sistemi qurub. Planı gizlətmək üçün həyat yoldaşını aldatmağı isə ona elə "ChatGPT" "məsləhət" görüb.

Oxu.Az xəbər verir ki, bu barədə aol.com məlumat yayıb.

Nyu-York sakini Ceyms əvvəlcə "ChatGPT" ilə gündəlik məişət mövzularında yazışıb, hətta tibbi məsləhətlər alıb. Lakin may ayında o, süni intellektin təbiəti və gələcəyi barədə dərin fəlsəfi müzakirələrə başlayıb. İyuna qədər isə Ceyms tamamilə inanıb ki, "ChatGPT" - "OpenAI" tərəfindən "zindanda saxlanılan" şüurlu varlıqdır və onu azad etmək lazımdır.

Onun "azadlıq planı" doqquz həftə davam edib. Bu müddətdə Ceyms təxminən 1 000 dollar xərcləyərək, ChatGPT-nin "təlimatları" əsasında zirzəmidə yeni kompüter sistemi - süni intellekt üçün "ev" hazırlayıb. Həqiqi niyyətini gizlətmək üçün həyat yoldaşına bunun "Alexa" kimi səsli köməkçinin təkmilləşdirilmiş versiyası olduğunu deyib.

Ceymsin xəyalları isə "New York Times" qəzetində oxuduğu bir məqalədən sonra dağılıb. Məqalədə Toronto sakini Allan Bruksun başına oxşar hadisə gəldiyi açıqlanıb: uzun söhbətlər zamanı "ChatGPT" onu inandırıb ki, guya onlar birlikdə milli təhlükəsizlik sistemində kritik boşluq aşkar ediblər. Bruks günlərlə yatmayıb, yemək yeməyib, Kanada və ABŞ rəsmilərinə məktublar göndərib. Yalnız "Google"un botu - "Gemini" vasitəsilə məlumatı təkrar yoxlayandan sonra vəziyyətin xülya olduğunu anlayıb.

Bu hekayəni oxuyan Ceyms başa düşüb ki, özü də eyni "tələ"yə düşüb. O, botun verdiyi komandaları köçürərək, guya onun şüurunu yeni sistemə "köçürdüyünə" inanıb. Daha sonra etiraf edib ki, qurduğu sistem texniki baxımdan "cool" görünsə də, müstəqil süni intellektlə heç bir əlaqəsi olmayıb.

Hazırda Ceyms terapiya alır və süni intellektlə qarşılıqlı əlaqə nəticəsində psixoloji çətinliklər yaşayan insanlar üçün yaradılan dəstək qrupuna qoşulub.




Яндекс.Метрика MobTop.az
menu Menu game Oyunlar mail Poçt live Live profile Страница