08:56 Sosial şəbəkə profilləri izlənilir? - DİN açıqlama yaydı 08:54 Almaniya qanunvericiliyi sərtləşdirir 22:56 Zeytun yağından istifadə zamanı edilən 4 səhv 16:43 "Xanım rəqibim yoxdur" 16:42 Pensiyalar bu tarixdə ödəniləcək 16:39 Qurdun yeni mahnısı gündəm oldu - Dinlənmələr sürətlə artır 16:37 Qoxuya qarşı mübarizə: Bir neçə damcı limon suyu yox edir 16:35 İnsanlar niyə xəbər saytlarından xəbər oxumaq istəmirlər? - MEDİA EKSPERTİ AÇIQLADI 13:56 Sabah Bakıya yağış, rayonlara qar yağacaq 13:55 Günəşdə güclü partlayışlar baş verib

Kompakt ölçülü OnePlus 13T təqdim olunub - QİYMƏTİ

Kompakt ölçülü OnePlus 13T təqdim olunub - QİYMƏTİ
OnePlus uzun müddət ərzində olmuş müxtəlif məlumat sızıntılarından sonra OnePlus 13T adlı kompakt ölçülü smartfonunu təqdim edib. Kompakt ölçüdə olmasına baxmayaraq bu yeni smartfon öz flaqman imkanları ilə seçilir. Beləliklə OnePlus 13T smartfonu 120 Hz-lik təsvir yenilənməsinə sahib 2640x1216 piksel keyfiyyətli 6.32 düym ölçülü LTPO OLED ekranla təchiz olunub. Ekranın maksimal parlaqlıq səviyyəsi 1600 nit təşkil edir. Barmaq izi skanı texnologiyası birbaşa ekrana inteqrasiya edilib və ekranın özü əlavə olaraq Crystal Shield Glass qoruyucu şüşəsi ilə əhatə olunub.
     OnePlus 13T-nin gövdəsi IP65 standartı üzrə tozdan və nəmişlikdən qorunma özəlliyinə sahibdir. Smartfon Snapdragon 8 Elite prosessoru vasitəsilə çalışır və 12/16 GB RAM ilə 256/512 GB/1 TB daxili yaddaş həcmini əldə edib. Kameralar mövzusunda OnePlus 13T özündə 50 MP50 MP ikili arxa kameranı və 16 MP-lik ön kameranı birləşdirir. Batareyaya gəldikdə isə smartfon 80 vatt gücündə sürətli şarj texnologiyalı 6260 mAh enerji tutumlu batareya ilə təchiz olunub.OnePlus 13T 30 aprel tarixində satışa çıxacaq və onun qiyməti 475$-dan start götürəcək. Smartfonun digər regionlarda satışa çıxıb-çıxmayacağı bilinmir.
Mənbə: GSMarena


Yandex.Metrika
KatStat.ru
MobTop.az
menu Menu game Oyunlar mail Poçt live Live profile Страница