REDMI Turbo 4 Pro subflaqman smartfonu təqdim olunub - QİYMƏTİ
Texnologiya 0

REDMI Turbo 4 Pro subflaqman smartfonu təqdim olunub - QİYMƏTİ

Xiaomi-nin REDMI brendi REDMI Turbo 4 Pro subflaqman smartfonunu təqdim edib. Bu ilin yanvar ayında təqdim olunmuş adi REDMI Turbo 4-ün davamçısı olan bu yeni smartfon böyük ölçülü ekranı, Snapdragon prosessorunu və 7000 mAh-dan daha böyük həcmli batareyanı əldə edib. Beləliklə REDMI Turbo 4 Pro smartfonu 120 Hz-lik təsvir yenilənməsinə sahib 2772x1280 piksel keyfiyyətli 6.83 düym ölçülü OLED ekranla təchiz olunub. Ekranın maksimal parlaqlıq səviyyəsi 3200 nit təşkil edir. Barmaq izi skanı texnologiyası birbaşa ekrana inteqrasiya edilib.
     Üstəlik REDMI Turbo 4 Pro-nun gövdəsi IP66/68/69 standartları üzrə sudan qorunma özəlliyinə sahibdir. Smartfon Snapdragon 8s Gen 4 prosesssoru vasitəsilə çalışır və 12/16 GB RAM ilə 256/512 GB/1 TB daxili yaddaş həcmini əldə edib. Kameralar mövzusunda REDMI Turbo 4 Pro özündə 50 MP8 MP ikili arxa kameranı və 20 MP-lik ön kameranı birləşdirir. Batareyaya gəldikdə isə smartfon 90 vatt gücündə sürətli şarj texnologiyalı 7550 mAh enerji tutumlu batareya ilə təchiz olunub. REDMI Turbo 4 Pro artıq Çində satışa çıxıb və onun qiyməti 279$-dan start götürür. Smartfonun digər regionlarda satışa çıxıb-çıxmayacağı bilinmir.
Mənbə: GSMarena


Son xəbərlər

Кликните на изображение чтобы обновить код, если он неразборчив