08:56 Sosial şəbəkə profilləri izlənilir? - DİN açıqlama yaydı 08:54 Almaniya qanunvericiliyi sərtləşdirir 22:56 Zeytun yağından istifadə zamanı edilən 4 səhv 16:43 "Xanım rəqibim yoxdur" 16:42 Pensiyalar bu tarixdə ödəniləcək 16:39 Qurdun yeni mahnısı gündəm oldu - Dinlənmələr sürətlə artır 16:37 Qoxuya qarşı mübarizə: Bir neçə damcı limon suyu yox edir 16:35 İnsanlar niyə xəbər saytlarından xəbər oxumaq istəmirlər? - MEDİA EKSPERTİ AÇIQLADI 13:56 Sabah Bakıya yağış, rayonlara qar yağacaq 13:55 Günəşdə güclü partlayışlar baş verib

Vatsapdan yeni funksiya

Vatsapdan yeni funksiya

Vatsap mesenceri istifadəçilərə yeni funksiyanı təqdim edib.

"Qafqazinfo" "WABetaInfo" portalına istinadən xəbər verir ki, messencerin tərtibatçıları istifadəçilərə vacib kontaktları və qrupları tez tapmağa kömək edəcək funksiyanı açıqlayıblar. Belə ki, istifadəçilər onlar üçün vacib söhbət və zəngləri yeni "Sevimlilər" bölməsinə əlavə etməklə kontakları daha tez tapa biləcəklər.

Yenilik söhbət siyahısında və zənglər bölümündə görünəcək və mühüm kontaktları, qrupları işarələməyə imkan verəcək.

İstifadəçilər söhbətləri sözügedən bölməyə əlavə etmək üçün "Sevimlilər" filtrini tətbiq etməli, istədikləri kontaktları və ya qrupları işarələməlidirlər. "Zənglər" bölməsində isə sadəcə olaraq "Sevimlilərə əlavə et" düyməsini basaraq müvafiq kontaktları və ya qrupları əlavə edə bilərlər.

Onu da bildirək ki, funksiya daha əvvəl elan olunsa da, əlçatan deyildi. Yenilik bəzi istifadəçilər üçün hazırda əlçatandır və yaxın günlərdə daha çox insana təqdim ediləcək.





Yandex.Metrika
KatStat.ru
MobTop.az
menu Menu game Oyunlar mail Poçt live Live profile Страница