Среда
авг 03

"WhatsApp"dan daha bir YENİLİK

"WhatsApp" tərtibatçıları tətbiqi yeni funksiya ilə təchiz etməyi planlaşdırırlar. Belə ki, artıq messencerdə qrup administratorları üçün mesajların silinməsi ilə bağlı yeni seçim olacaq.
Publika.az xəbər verir ki, bu seçim sayəsində qrup administratorları söhbətdəki bütün digər istifadəçilər üçün üzv mesajlarını silə biləcəklər. Mesajlar administrator tərəfindən silindikdə iştirakçılar onun adı ilə bildiriş alacaqlar.
Yeniliyin nə vaxt tətbiq ediləcəyi barədə məlumat verilmir. Bu funksiya hazırda bəzi "beta" istifadəçiləri üçün əlçatandır.

Комментарии (0)

Оставить комментарий