16:43 "Xanım rəqibim yoxdur" 16:42 Pensiyalar bu tarixdə ödəniləcək 16:39 Qurdun yeni mahnısı gündəm oldu - Dinlənmələr sürətlə artır 16:37 Qoxuya qarşı mübarizə: Bir neçə damcı limon suyu yox edir 16:35 İnsanlar niyə xəbər saytlarından xəbər oxumaq istəmirlər? - MEDİA EKSPERTİ AÇIQLADI 13:56 Sabah Bakıya yağış, rayonlara qar yağacaq 13:55 Günəşdə güclü partlayışlar baş verib 18:22 Uşaqlarda nitq gecikməsi buna görə baş verir - Valideynlər diqqətli olsun 18:21 Autizim uşaqlarda diqqət və yaddaşın inkişafı üçün oyunu texnologiyası 18:19 Azərbaycan orbitə "Zəfər" peyki buraxıb

Azərbaycanda "Tiktok"a giriş şəxsiyyət vəsiqəsi ilə olacaq? - AÇIQLAMA - VİDEO

Azərbaycanda "Tiktok"a giriş şəxsiyyət vəsiqəsi ilə olacaq? - AÇIQLAMA - VİDEO
Dövlət Təhlükəsizlik Xidməti sentyabrın 14-dən etibarən "Tiktok" sosial şəbəkəsinə girişi məhdudlaşdırıb. Səbəb ordumuzun uğurlarına kölgə salan, hərbi sirləri özündə əks etdirən, cəmiyyətdə yalnış fikir formalaşdırmaq məqsədi daşıyan məlumatların yayılması olub.
Ötən gün "Tiktok" sosial şəbəkəsindən istifadə ilə bağlı yeniliyin olması deyilsə də Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi bunu təkzib edib.
Qurumdan BAKU.WS-in sorğusuna cavab olaraq bildirilib ki, ölkədə "TikTok" sosial şəbəkəsinə girişin müvəqqəti məhdudlaşdırılması ilə bağlı qərarda dəyişiklik olacağı halda aidiyyəti orqanlar tərəfindən ictimaiyyətə məlumat veriləcək.
Bəzi istifadəçilər üçün aylıq qazanc mənbəyinə çevrilən "TikTok"un bir müddətdir bağlı qalması həm dəstəklənir, həm də etirazla qarşılanır. Lakin istənilən halda azyaşlıların bu şəbəkədən nəzarətsiz istifadəsi böyük narahatlıq yaradır. Sosioloq Rəşad Əsgərov AZTV-yə bildirib ki, platformanın ən mənfi cəhəti dezinformasiyaların yayılmasıdır:
"Bəzi konkret qaydalar tətbiq olunmadığından azyaşlı uşaqlar və məktəblilər də "Tiktok"dan istifadə edir. Sosial şəbəkələrə girişin qarşısını almaq üçün qanunvericiliklə məhdudlaşdırılmalıdır. Eyni zamanda yaş məhdudiyyətini özündə əks etdirən pasport və ya şəxsiyyət vəsiqəsi ilə qeydiyyat gündəmə gəlməlidir".

Yandex.Metrika
KatStat.ru
MobTop.az
menu Menu game Oyunlar mail Poçt live Live profile Страница