16:43 "Xanım rəqibim yoxdur" 16:42 Pensiyalar bu tarixdə ödəniləcək 16:39 Qurdun yeni mahnısı gündəm oldu - Dinlənmələr sürətlə artır 16:37 Qoxuya qarşı mübarizə: Bir neçə damcı limon suyu yox edir 16:35 İnsanlar niyə xəbər saytlarından xəbər oxumaq istəmirlər? - MEDİA EKSPERTİ AÇIQLADI 13:56 Sabah Bakıya yağış, rayonlara qar yağacaq 13:55 Günəşdə güclü partlayışlar baş verib 18:22 Uşaqlarda nitq gecikməsi buna görə baş verir - Valideynlər diqqətli olsun 18:21 Autizim uşaqlarda diqqət və yaddaşın inkişafı üçün oyunu texnologiyası 18:19 Azərbaycan orbitə "Zəfər" peyki buraxıb

Azərbaycanda mobil şəbəkələrdəki problemlərin səbəbi nədir?

Azərbaycanda mobil şəbəkələrdəki problemlərin səbəbi nədir?
İki gün öncə ölkədə "Bakcell" və "Nar" mobil operatorlarında şəbəkə problemi yarandığı barədə xəbər vermişdik.
Belə ki, mobil operatorların şəbəkəsində abunəçilərin rabitə və data xidmətlərinə çıxışı məhdudlaşdırılmışdı. Daha sonra bildirildi ki, bu problem texniki xarakterli olub. Lakin məsələ ilə bağlı hələlik nə rəsmi açıqlama verilib, nə də məsul operatorlar və provayderlər tərəfindən dəqiq səbəb göstərilib. Onu da qeyd edək ki, problem aradan qaldırılsa da, "Bakcell" abunəçiləri internet və şəbəkə bağlantısında, eləcə də sürətində ləngimə olduğundan şikayət edirlər.
Mövzu ilə bağlı BiG.AZ-a danışan texnobloger Fərid Pərdəşünas bildirib ki, problemin texniki xarakterli olması deyilsə də, bunun dəqiq monitorinqi aparılmalıdır:
"Bunun səbəbini texniki nasazlıqla əlaqələndirdilər. Əslində bunun əhatə dairəsi belə geniş olmalı deyildi. Daxili problem olduğuna görə, rəsmi cavabı olmalıdır. Monitorinq aparılmadan dəqiq səbəb göstərmək olmur. "Wifi" ilə qoşulan internet provayderlərində internet sürəti normaldır. "Azercell" hazırda bütün "speed-test" nəticələrində normal göstərilir. "Bakcell" və "Nar" mobil operatorlarında arada düşmələr olur. Bəzi istifadəçilər şikayət edirlər ki, ümumiyyətlə internetə qoşula bilmirlər, şəbəkə problemləri yaşayırlar. Lakin bunun konkret olaraq səbəbi yoxdur. Məsələ ilə bağlı rəsmi açıqlama olmalıdır. Çünki məsələnin texniki tərəfini bilmək lazımdır. Burada nə baş verdiyini bilmədən nəsə demək olmur".
Problemlə bağlı Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və "Bakcell" şirkəti ilə əlaqə saxlayıb sorğu ünvanladıq. Sorğunun cavabı göndərildikdə oxuculara ətraflı məlumat verəcəyik.
Nuranə Mirzəyeva


Yandex.Metrika
KatStat.ru
MobTop.az
menu Menu game Oyunlar mail Poçt live Live profile Страница