16:43 "Xanım rəqibim yoxdur" 16:42 Pensiyalar bu tarixdə ödəniləcək 16:39 Qurdun yeni mahnısı gündəm oldu - Dinlənmələr sürətlə artır 16:37 Qoxuya qarşı mübarizə: Bir neçə damcı limon suyu yox edir 16:35 İnsanlar niyə xəbər saytlarından xəbər oxumaq istəmirlər? - MEDİA EKSPERTİ AÇIQLADI 13:56 Sabah Bakıya yağış, rayonlara qar yağacaq 13:55 Günəşdə güclü partlayışlar baş verib 18:22 Uşaqlarda nitq gecikməsi buna görə baş verir - Valideynlər diqqətli olsun 18:21 Autizim uşaqlarda diqqət və yaddaşın inkişafı üçün oyunu texnologiyası 18:19 Azərbaycan orbitə "Zəfər" peyki buraxıb

Instagram Reels TikTok kimi məşhur servisə çevrilə bilmədi

Instagram Reels TikTok kimi məşhur servisə çevrilə bilmədi
Instagram-ın TikTok-u öz silahı vasitəsilə geridə qoymaq cəhdi ona milyonlarla dollara başa gəlib. Bununla belə Instagram-ı fotoservisdən videoplatformaya çevirmək yolunda istifadəyə verilmiş yeni funksiyalar və atılmış addımlar məşhur şəxslər də daxil olmaqla Instagram-ın istifadəçi kütləsini qıcıqlandırır. Meta tərəfindən edilmiş çoxlu sayda cəhdlərə baxmayaraq Instagram-ın Reels bölməsində istifadəçilər digər platformalardan olan videoları paylaşırlar. The Verge saytının verdiyi xəbərə əsasən jurnalistlərin əllərinə Meta-nın avqust ayı üçün olmuş Creators x Reels State of The Union 2022 adlı daxili hesabatı keçib. Həmin hesabat onu göstərib ki, istifadəçilər TikTok-da gün ərzində ümumilikdə 197.8 milyon saat, Instagram Reels-də isə 17.6 milyon saat vaxt keçirirlər.

Bundan əlavə olaraq hesabatda qeyd edilib ki, son 4 həftə ərzində istifadəçilərin Reels-ə olan maraqları 13.6% aşağı düşüb. Instagram-ın Reels bölməsinin əsas problemlərindən biri də az sayda orijinal kontentə sahib olmasıdır. Belə ki, Reels-də paylaşılan kontentlərin 1/3 hissəsi digər platformalardan olan repostlardır. Hətta müəyyən zaman aralığında Reels-də yalnız TikTok-dan olan videolar mövcud idi. Daha sonra Instagram bu cür kontentlərin reytinqlərini aşağı salacağı barəsində xəbərdarlıq etdi. İstifadəçiləri Instagram və Facebook üçün xüsusi kontentlərin hazırlanmasına cəlb etmək üçün Meta şirkəti hətta kontent yaradıcılarına ödənişlərin edilməsi yolunda ilin sonuna kimi 1 milyard dollar büdcə ayıracağına da söz vermişdi.

Hesabatda olan məlumata əsasən isə Reels müəlliflərinə hələ ki, cəmi 120 milyon dollar vəsait ödənilib. Meta şirkətinin təmsilçisi bildirib ki, avqust ayı üçün nəzərdə tutulmuş hesabatdakı məlumatlar artıq köhnəlib və mövcud olan vəziyyəti əks etdirmir. Şirkətin verdiyi məlumata əsasən Reels üzərindən olan monetizasiya yüksəlişi gözlənildiyindən daha artıq olub və kontent yaradıcıları ilə müxtəlif bizneslər bu məsələdə perspektivli nəticələr əldə edirlər. Bundan əlavə olaraq şirkətin bəyanatında qeyd edilib ki, əvvəlki zamanlar ilə müqayisədə hal hazırda Reels üçün kontent yaradanların və izləyicilərin sayı daha da artıb. Kontent yaradıcılarına 120 milyon dollar dəyərində ödəniş məsələsinə gəldikdə isə şirkət bunun da aktual olmadığını qeyd etsə də sözügedən məsələ ilə bağlı əlavə məlumat verməyib.

Yandex.Metrika
KatStat.ru
MobTop.az
menu Menu game Oyunlar mail Poçt live Live profile Страница