08:56 Sosial şəbəkə profilləri izlənilir? - DİN açıqlama yaydı 08:54 Almaniya qanunvericiliyi sərtləşdirir 22:56 Zeytun yağından istifadə zamanı edilən 4 səhv 16:43 "Xanım rəqibim yoxdur" 16:42 Pensiyalar bu tarixdə ödəniləcək 16:39 Qurdun yeni mahnısı gündəm oldu - Dinlənmələr sürətlə artır 16:37 Qoxuya qarşı mübarizə: Bir neçə damcı limon suyu yox edir 16:35 İnsanlar niyə xəbər saytlarından xəbər oxumaq istəmirlər? - MEDİA EKSPERTİ AÇIQLADI 13:56 Sabah Bakıya yağış, rayonlara qar yağacaq 13:55 Günəşdə güclü partlayışlar baş verib

Kiberhücumların qarşısını almaq üçün önəmli addım - VİDEO

Kiberhücumların qarşısını almaq üçün önəmli addım - VİDEO

Real həyatda təhlükəsizliyimizin önəmli olması kimi virtual aləmdə də bu ən önəmli məsələlərdən biridir. Bütün dünyada olduğu kimi ölkəmizdə də kibercinayətkarlığa qarşı mübarizə tədbirləri genişəndirilir. Bu məqsədlə artıq assosiasiya da təsis edilib. Ekspertlər deyirlər ki, yeni assosiasiya kibertəhlükəsizliyin gücləndirilməsi üçün səmərəli bir platforma olacaq.
Ölkənin milli maraqlarının qorunmasında Kibertəhlükəsizlik önəmli yerlərdən birini tutur. Bunu xəzər xəbərə açıqlamasında İKT eksperti Osman Gündüz deyib. Ekspert bildirib ki, ölkəmizdə artıq bir çox sahələr internetə inteqrasiya olunub. Müasir dünyada informasiya sistemlərinin qorunması mühüm əhəmiyyət kəsb edir. Ekspert vurğulayıb ki, Azərbaycan kibercinayətkarlıqla bağlı konvensiyalara da qoşulub.

Osman Gündüz bildirib ki, kiberhücumlarla bağlı problemlər bütün dünyada yaşanır. Müxtəlif ölkələrdə dövlət qurumlarının informasiya sistemi dağıdılaraq məlumatlar oğurlanır. Son dövrlər ölkəmizdə də belə neqativ halların qarşısını almaq üçün mübarizə tədbirləri gücləndirilib. Ekspert deyir ki, Azərbaycanda yeni yaradılan assosiasiya kibercinayətkarlığa qarşı mübarizə imkanlarını daha da genişləndirəcək.
Ekspert əlavə edib ki, assosiasiya bu sahədə yeni təkliflərin hazırlanıb hökümətə təqdim edilməsində mühüm rol oynayacaq. Yeni qurum ən son texnoloji yenilikləri tətbiq edəcək.(xəzərxəbər_


Yandex.Metrika
KatStat.ru
MobTop.az
menu Menu game Oyunlar mail Poçt live Live profile Страница