08:56 Sosial şəbəkə profilləri izlənilir? - DİN açıqlama yaydı 08:54 Almaniya qanunvericiliyi sərtləşdirir 22:56 Zeytun yağından istifadə zamanı edilən 4 səhv 16:43 "Xanım rəqibim yoxdur" 16:42 Pensiyalar bu tarixdə ödəniləcək 16:39 Qurdun yeni mahnısı gündəm oldu - Dinlənmələr sürətlə artır 16:37 Qoxuya qarşı mübarizə: Bir neçə damcı limon suyu yox edir 16:35 İnsanlar niyə xəbər saytlarından xəbər oxumaq istəmirlər? - MEDİA EKSPERTİ AÇIQLADI 13:56 Sabah Bakıya yağış, rayonlara qar yağacaq 13:55 Günəşdə güclü partlayışlar baş verib

Bu telefonları dinləmək MÜMKÜN DEYİL

Bu telefonları dinləmək MÜMKÜN DEYİL
Bu telefonları dinləmək MÜMKÜN DEYİL


Dünyada mövcud texniki həllərin istənilən mobil telefonu dinləməyə imkan verməsinə baxmayaraq А5/3 şifrləməsi ilə mühafizə olunan “VoLTE” mobil şəbəkələrində danışıqlar ələ keçirilməyə qarşı ən dözümlüsüdür. Bundan başqa, dinləməni çətinləşdirən qurğular mövcuddur.

MAY.AZ xəbər verir ki, bu barədə Rusiyanın “Jet Infosystems” şirkətinin eksperti Dmitri Kuramin bildirib.

Onun sözlərinə görə, telefonların əksər hissəsi ilk növbədə rabitə operatoru tərəfində texniki uyğunsuzluq səbəbindən dinləməyə məruz qalır. “Xüsusi avadanlıq tətbiq edildiyi halda danışıqları real vaxt rejimində ələ keçirmək mümkündür. Mobil telefon danışıqlarını müxtəlif səviyyələrdə – məsələn, proqram təminatı səviyyəsində (söhbət troyan və təhlükəsizlik sisteminə gizli şəkildə yerləşdirilən digər proqramlardan gedir) dinləmək olar”, – ekspert qeyd edib.

Digər səviyyə cinayətkarlar tərəfindən sonradan dinlənilən abunəçi qurğularının qoşulduğu operator parametrlərinə uyğun baza stansiyasının yaradılmasıdır. Abunəçi tərəfində qorunması qeyri-mümkün olan dinləmə operatorun şəbəkə infrastrukturu səviyyəsində baş verir.

Yandex.Metrika
KatStat.ru
MobTop.az
menu Menu game Oyunlar mail Poçt live Live profile Страница