16:43 "Xanım rəqibim yoxdur" 16:42 Pensiyalar bu tarixdə ödəniləcək 16:39 Qurdun yeni mahnısı gündəm oldu - Dinlənmələr sürətlə artır 16:37 Qoxuya qarşı mübarizə: Bir neçə damcı limon suyu yox edir 16:35 İnsanlar niyə xəbər saytlarından xəbər oxumaq istəmirlər? - MEDİA EKSPERTİ AÇIQLADI 13:56 Sabah Bakıya yağış, rayonlara qar yağacaq 13:55 Günəşdə güclü partlayışlar baş verib 18:22 Uşaqlarda nitq gecikməsi buna görə baş verir - Valideynlər diqqətli olsun 18:21 Autizim uşaqlarda diqqət və yaddaşın inkişafı üçün oyunu texnologiyası 18:19 Azərbaycan orbitə "Zəfər" peyki buraxıb

İstənilən "iPhone" funksiyası "Android"lərə gələcək

İstənilən "iPhone" funksiyası "Android"lərə gələcək
İstifadəçilərin uzun müddətdir istədikləri "iPhone" xüsusiyyəti "Android" əməliyyat sistemi ilə çalışan smartfonlara gələcək.
Lent.az xəbər verir ki, "Android" smartfonlarının kamerası nəhayət veb-kamera kimi istifadə edilə biləcək.
"Android 14" mobil əməliyyat sisteminin qarşıdan gələn versiyasında "iPhone"un ən populyar xüsusiyyətlərindən biri - kompüter və ya noutbukda veb-kamera əvəzinə cihazdan istifadə etmək imkanı tanıdılıb. Bu xüsusiyyət iOS 16-da istifadəçilərə təqdim edilmişdi.
"Android 14" beta quruluş koduna əsasən, yeni funksiya kompüterinizdə əlavə proqram təminatı quraşdırmadan istənilən proqramda işləyir. İstifadəçidən tələb olunan tək şey smartfona xüsusi proqram yükləmək və onu USB vasitəsilə qoşmaqdır.
Həmçinin, funksiya USB Video Class (UVC) protokolundan istifadə etmək mümkün olacaq. Sadəcə olaraq, kamera əməliyyat sistemindən asılı olmayaraq işləyəcək. Məsələn, Chromebook, macOS və Windows sistemlərində...
Ancaq sadəcə burada bir məhdudiyyət var. Əgər "iPhone"da bu seçim USB kabelsiz işləyirsə (yalnız Mac-da), onda "Android"də telefonu "veb-kamera" kimi istifadə etmək üçün simsiz qoşulma seçimləri yoxdur. Lakin Google, demək olar ki, bu funksiyanı daha sonra tətbiq edəcək.
Xatırladaq ki, Android 14-ün tam buraxılışı oktyabr-noyabr aylarında gözlənilir.

Yandex.Metrika
KatStat.ru
MobTop.az
menu Menu game Oyunlar mail Poçt live Live profile Страница