09:56 "AzerGold" builki satışının ümumi dəyərini açıqlayıb 19:09 Dubayda "kruq plyonka"lı "07" satışa çıxarılıb - Qiyməti 50 min - FOTOLAR 08:56 Sosial şəbəkə profilləri izlənilir? - DİN açıqlama yaydı 08:54 Almaniya qanunvericiliyi sərtləşdirir 22:56 Zeytun yağından istifadə zamanı edilən 4 səhv 16:43 "Xanım rəqibim yoxdur" 16:42 Pensiyalar bu tarixdə ödəniləcək 16:39 Qurdun yeni mahnısı gündəm oldu - Dinlənmələr sürətlə artır 16:37 Qoxuya qarşı mübarizə: Bir neçə damcı limon suyu yox edir 16:35 İnsanlar niyə xəbər saytlarından xəbər oxumaq istəmirlər? - MEDİA EKSPERTİ AÇIQLADI

Pol Poqbanı qaçırıb pul tələb edən qardaşına hökm oxundu

Pol Poqbanı qaçırıb pul tələb edən qardaşına hökm oxundu

Paris məhkəməsi 2022-ci ildə Fransa millisinin tərkibində dünya çempionu olan Pol Poqbanı oğurlamaqda və ondan 13 milyon avro (təxminən 22,9 milyon manat - red.) tələb etməkdə təqsirləndirilən şəxsə 3 il həbs cəzası verib və 20 min avro (təxminən 35 300 manat - red.) cərimə təyin edib.

Oxu.Az xəbər verir ki, bu barədə "Agence France-Presse" (AFP) agentliyi məlumat yayıb.

Cinayətkar Pol Poqbanın qardaşı Matias Poqba idi. Ona verilən üç illik cəzanın iki ili şərti cəzadır və o, daha bir ili həbsdə deyil, elektron qolbaqla cəzasını çəkə bilər. Vəkili Matias Poqbanın günahsız olduğunu iddia etdiyi üçün apellyasiya şikayəti verəcəyini vəd edib.

Matias Poqba hədə-qorxu yolu ilə tələb etməkdə təqsirli bilinib, iş üzrə digər beş təqsirləndirilən şəxs isə adam oğurluğu, hədə-qorxu yolu ilə tələb etmək və cinayətdə birlikdə iştiraka görə 8 ilə qədər həbs cəzası və 40 min avroya qədər (təxminən 70 min 600 manat - red.) cərimə olunub.




Yandex.Metrika
KatStat.ru
MobTop.az
menu Menu game Oyunlar mail Poçt live Live profile Страница