16:43 "Xanım rəqibim yoxdur" 16:42 Pensiyalar bu tarixdə ödəniləcək 16:39 Qurdun yeni mahnısı gündəm oldu - Dinlənmələr sürətlə artır 16:37 Qoxuya qarşı mübarizə: Bir neçə damcı limon suyu yox edir 16:35 İnsanlar niyə xəbər saytlarından xəbər oxumaq istəmirlər? - MEDİA EKSPERTİ AÇIQLADI 13:56 Sabah Bakıya yağış, rayonlara qar yağacaq 13:55 Günəşdə güclü partlayışlar baş verib 18:22 Uşaqlarda nitq gecikməsi buna görə baş verir - Valideynlər diqqətli olsun 18:21 Autizim uşaqlarda diqqət və yaddaşın inkişafı üçün oyunu texnologiyası 18:19 Azərbaycan orbitə "Zəfər" peyki buraxıb

"Qarabağ" Rumıniya milli komandasının futbolçusunu transfer edə bilər

"Qarabağ" Rumıniya milli komandasının futbolçusunu transfer edə bilər
"Qarabağ" Rumıniya milli komandasının futbolçusunu transfer edə bilər


"Qarabağ" klubu Rumıniya milli komandasının və Buxarest "Dinamo"sunun futbolçusu Steliano Filipi transfer etməyə hazırlaşır.


"Report" "Gazeta Sporturilor"a istinadən xəbər verir ki, 24 yaşlı sol cinah oyunçusu Azərbaycan təmsilçisindən təklif alıb. "Dinamo"nun bu keçid üçün 400 min avro tələb etdiyi bildirilir. Danışıqlar müsbət yekunlaşsa, Filip tezliklə "Qarabağ"ın sıralarına qoşulacaq.

Müdafiəçi yayda Ukraynanın "Dinamo" komandasına keçməyə yaxın olub. Kiyev klubu 800 min avro təklif etsə də, Buxarest təmsilçisinin sahibi İonut Neqoita 1,5 milyon avro istəyib. Nəticədə danışıqlar pozulub. Bundan sonra Filipin aylıq maaşı 4,5 min avrodan 10 min avroya qaldırılıbş Hazırda o, 1000 avro çox maaş alan Adam Nemetsdən sonra komandanın ikinci ən ödənişli oyunçusudur. Son zamanlar çıxışında eniş müşahidə olunduğundan, Rumıniya klubu bu futbolçunu 400 min avroya da satmağa hazırdır. Filip eyni zamanda, Türkiyənin bir neçə komandasından və İtaliyanın ikinci dərəcəli klubundan təklif alıb. Lakin təkliflərin ən ciddisi elə "Qarabağ"dan gəlib.

Qeyd edək ki, Buxarest "Dinamo"su bir neçə gün əvvəl yarımmüdafiəçi Paul Antonu Rusiya "Anji"sinə 500 min avroya satıb. Steliano Filip indiyədək Rumıniya millisində 8 oyuna çıxıb.

Yandex.Metrika
KatStat.ru
MobTop.az
menu Menu game Oyunlar mail Poçt live Live profile Страница