08:56 Sosial şəbəkə profilləri izlənilir? - DİN açıqlama yaydı 08:54 Almaniya qanunvericiliyi sərtləşdirir 22:56 Zeytun yağından istifadə zamanı edilən 4 səhv 16:43 "Xanım rəqibim yoxdur" 16:42 Pensiyalar bu tarixdə ödəniləcək 16:39 Qurdun yeni mahnısı gündəm oldu - Dinlənmələr sürətlə artır 16:37 Qoxuya qarşı mübarizə: Bir neçə damcı limon suyu yox edir 16:35 İnsanlar niyə xəbər saytlarından xəbər oxumaq istəmirlər? - MEDİA EKSPERTİ AÇIQLADI 13:56 Sabah Bakıya yağış, rayonlara qar yağacaq 13:55 Günəşdə güclü partlayışlar baş verib

Rusiyalı qolkiper Lionel Messini qabaqlayıb

Rusiyalı qolkiper Lionel Messini qabaqlayıb

Moskvanın ÇSKA klubunun təcrübəli qolkiperi İqor Akinfeyev bir klubda keçirdiyi matçların sayına görə Lionel Messini qabaqlayıb.

Oxu.Az xəbər verir ki, Akinfeyev Rusiya Premyer Liqasının (RPL) 12-ci turunun ÇSKA - "Dinamo Mahaçqala" (1:0) görüşündə iştirak edərək, karyerasında 779-cu dəfə "qırmızı-göylər"in heyətində meydana daxil olub. Lionel Messi "Barselona" forması ilə 778 oyun keçirib.

Xatırladaq ki, bir klubda ən çox oyun keçirən rekordçu "Mançester Yunayted"də 963 görüşdə meydana çıxan Rayan Giqqzdir.

Qeyd edək ki, Akinfeyev bütün karyerasını Moskva klubunda keçirib. O, ÇSKA ilə altı dəfə Rusiya çempionu, yeddi dəfə Rusiya kubokunun, yeddi dəfə ölkə Superkubokunun, eyni zamanda UEFA Kubokunun qalibi olub.




Yandex.Metrika
KatStat.ru
MobTop.az
menu Menu game Oyunlar mail Poçt live Live profile Страница