16:43 "Xanım rəqibim yoxdur" 16:42 Pensiyalar bu tarixdə ödəniləcək 16:39 Qurdun yeni mahnısı gündəm oldu - Dinlənmələr sürətlə artır 16:37 Qoxuya qarşı mübarizə: Bir neçə damcı limon suyu yox edir 16:35 İnsanlar niyə xəbər saytlarından xəbər oxumaq istəmirlər? - MEDİA EKSPERTİ AÇIQLADI 13:56 Sabah Bakıya yağış, rayonlara qar yağacaq 13:55 Günəşdə güclü partlayışlar baş verib 18:22 Uşaqlarda nitq gecikməsi buna görə baş verir - Valideynlər diqqətli olsun 18:21 Autizim uşaqlarda diqqət və yaddaşın inkişafı üçün oyunu texnologiyası 18:19 Azərbaycan orbitə "Zəfər" peyki buraxıb

Pele Messidən üzr istəyib

Pele Messidən üzr istəyib


Braziliyalı üçqat dünya çempionu Pele Argentina yığmasının və Fransanın PSJ klubunun futbolçusu Lionel Messidən şəxsi rekordunu üstələməsi ilə əlaqədar vaxtında təbrik etmədiyinə görə üzr istəyib.
"Report" xəbər verir ki, bu barədə Pele özünün instaqramdakı hesabında yazıb.
"Messi, salam. Gecikdimsə, bağışla. Ancaq mən səni bu ayın əvvəlində üstələdiyin daha bir rekord münasibətilə təbrik etmək imkanını qaçırmaq istəmirdim. Sənin dahi istedadın var. Ümid edirəm, dostlarım Mbappe və Neymarla birlikdə daha çox uğura nail ola biləcəksən", - Pele sosial şəbəkədə yazıb.
Qeyd edək ki, Lionel Messi Argentina yığmasının 2022-ci il dünya çempionatının seçmə mərhələsinin Boliviyaya qarşı Buenos-Ayresdə keçirilmiş matçında hər 3 qolu vurub - 3:0. O, braziliyalı üçqat dünya çempionu Pelenin Braziliya milli komandasının heyətində vurulan qolların sayı üzrə rekordunu üstələyib. 34 yaşlı hücumçunun aktivində Argentina millisinin heyətində 79, Peledə isə 77 qol var.
Messi daha əvvəl bildirib ki, Pelenin rekordunu üstələməyi arzulayır.


Yandex.Metrika
KatStat.ru
MobTop.az
menu Menu game Oyunlar mail Poçt live Live profile Страница