19:09 Dubayda "kruq plyonka"lı "07" satışa çıxarılıb - Qiyməti 50 min - FOTOLAR 08:56 Sosial şəbəkə profilləri izlənilir? - DİN açıqlama yaydı 08:54 Almaniya qanunvericiliyi sərtləşdirir 22:56 Zeytun yağından istifadə zamanı edilən 4 səhv 16:43 "Xanım rəqibim yoxdur" 16:42 Pensiyalar bu tarixdə ödəniləcək 16:39 Qurdun yeni mahnısı gündəm oldu - Dinlənmələr sürətlə artır 16:37 Qoxuya qarşı mübarizə: Bir neçə damcı limon suyu yox edir 16:35 İnsanlar niyə xəbər saytlarından xəbər oxumaq istəmirlər? - MEDİA EKSPERTİ AÇIQLADI 13:56 Sabah Bakıya yağış, rayonlara qar yağacaq

Azərbaycanda qadınlar hərbi xidmətə cəlb oluna bilər - VACİB AÇIQLAMA

Azərbaycanda qadınlar hərbi xidmətə cəlb oluna bilər - VACİB AÇIQLAMA

Son illərdə bir sıra xarici ölkələrdə qadınların da kişilərlə bərabər hərbi xidmətə cəlb edilməsi diqqət çəkir. İsrail, Norveç, ABŞ və Kanada kimi ölkələrdə qadınlar könüllü və ya məcburi qaydada ordu sıralarında yer alır, bəzi hallarda döyüş bölgələrində də xidmət edirlər.

Azərbaycanda isə hazırda hərbi xidmət yalnız kişilər üçün məcburidir. Qadınlar isə yalnız könüllülük əsasında, əsasən tibbi və ya arxa cəbhə üzrə sahələrdə xidmət edə bilirlər. Lakin bu sahədə dəyişikliklərin mümkünlüyü zaman-zaman ictimai müzakirələrə səbəb olur.

Maraqlıdır, nə vaxtsa qadınlar da ordu sıralarımıza qoşula bilərmi?

Sfera.az xəbər verir ki, mövzu ilə bağlı hərbi ekspert Üzeyir Cəfərov "konkret.az"a açıqlamasında bildirib ki, qadınların hərbi xidmətə cəlb olunması həm Konstitusiyada təsbit edilmiş bərabərlik prinsipinə, həm də mövcud çağırışlara uyğun bir addım ola bilər.

"Əminəm ki, qadınların hərbi xidmətə cəlb olunması bir müddət sonra mütləq şəkildə gündəmə gələcək. Dünyanın bir sıra ölkələrində qadınlar kişilərlə bərabər şəkildə hərbi xidmət keçirlər. Bəzi ölkələrdə bu proses hətta məcburi xarakter daşıyır", – deyə o, qeyd edib.

O, bildirib ki, xüsusilə Rusiya-Ukrayna müharibəsi fonunda Ukrayna Silahlı Qüvvələrində qadınların da aktiv iştirak etdiyi müşahidə olunur.

Onlar qərargahlarda, rabitə və tibb sahələrində, eləcə də komanda hərbi hissələrində xidmət göstərirlər.

Qadınların hərbi xidmət keçməsi ilə bağlı keçmiş təcrübəyə də toxunan ekspert qeyd edib ki, Azərbaycanın müstəqilliyinin ilk illərində qadınların da ordu sıralarına qoşulması ənənəsi mövcud olub. Lakin sonradan bəzi neqativ halların yaşanması və mətbuatda bu barədə yazıların dərc olunması ilə bu prosesin dayandırılması qərara alınıb.

"Hazırda da Silahlı Qüvvələrdə qadınlar fəaliyyət göstərirlər. Onlar müddətdən artıq xidmət edən hərbi qulluqçular, eləcə də zabit heyətinin üzvləri kimi ordu sıralarında yer alırlar. Əminəm ki, gələcəkdə qadınlar ali hərbi məktəblərə, hərbi institutlara qəbul olunacaq və onlar da kişilərlə bərabər şəkildə hərbi xidmət keçəcəklər," – deyə ekspert vurğulayıb.

Ü.Cəfərov əlavə edib ki, problemin həll yolu qadınların orduya qəbuluna maneə yaratmaq deyil, neqativ halların baş verməməsi üçün mövcud nöqsanların aradan qaldırılmasıdır.




Yandex.Metrika
KatStat.ru
MobTop.az
menu Menu game Oyunlar mail Poçt live Live profile Страница