16:43 "Xanım rəqibim yoxdur" 16:42 Pensiyalar bu tarixdə ödəniləcək 16:39 Qurdun yeni mahnısı gündəm oldu - Dinlənmələr sürətlə artır 16:37 Qoxuya qarşı mübarizə: Bir neçə damcı limon suyu yox edir 16:35 İnsanlar niyə xəbər saytlarından xəbər oxumaq istəmirlər? - MEDİA EKSPERTİ AÇIQLADI 13:56 Sabah Bakıya yağış, rayonlara qar yağacaq 13:55 Günəşdə güclü partlayışlar baş verib 18:22 Uşaqlarda nitq gecikməsi buna görə baş verir - Valideynlər diqqətli olsun 18:21 Autizim uşaqlarda diqqət və yaddaşın inkişafı üçün oyunu texnologiyası 18:19 Azərbaycan orbitə "Zəfər" peyki buraxıb

Hərbi xidmətə çağırışla bağlı qanun dəyişdi

Hərbi xidmətə çağırışla bağlı qanun dəyişdi

2023-cü ildə Prezident İlham Əliyevin imzaladığı fərmana əsasən hərbi xidmətə çağırışla bağlı yeni qaydalar müəyyənləşib. Yeni qaydalar iyulun 1-dən qüvvəyə minəcək.

Hazırki qaydalara əsasən hərbi xidmətə çağırılan çağrışçılar ilkin olaraq hərbi komisarlıqlarda müayinədən keçirilir, digər zəruri hallarda isə müalicə müəssisələrində müqayinədən keçirdilər. Yəni nəticə olaraq şəxsin hərbi xidmətə yararlı olub-olmaması ilə bağlı Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin nəzdində olan hərbi həkim komissiya qərar verirdi.

Bugündən etibarən isə Səfərbərlik xidmətinin hərbi həkim komissiyası bu qərarı verə bilməyəcək. Həmin yekun tibbi müayinə Nazirliyin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən hərbi həkim komissiyalarının tibbi müayinə nəticələri və müddətli həqiqi hərbi xidmətə çağırılan vətəndaşların əyani tibbi müayinəsi əsasında aparılacaq.

Bu dəyişiklikdə məqsəd isə bu sahədə olan neqativ halların qarışını almaqdır.

Qeyd edək ki, ötən dövr ərzində Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində islahatlar aparılır. Hərbi xidmətə çağırışdan boyun qaçırma hallarına qarşı Baş Prokurorluq tərəfindən mütəmadi olaraq müvafiq dövlət qurumları ilə birgə mübarizə davam etdirilir.




Yandex.Metrika
KatStat.ru
MobTop.az
menu Menu game Oyunlar mail Poçt live Live profile Страница