19:09 Dubayda "kruq plyonka"lı "07" satışa çıxarılıb - Qiyməti 50 min - FOTOLAR 08:56 Sosial şəbəkə profilləri izlənilir? - DİN açıqlama yaydı 08:54 Almaniya qanunvericiliyi sərtləşdirir 22:56 Zeytun yağından istifadə zamanı edilən 4 səhv 16:43 "Xanım rəqibim yoxdur" 16:42 Pensiyalar bu tarixdə ödəniləcək 16:39 Qurdun yeni mahnısı gündəm oldu - Dinlənmələr sürətlə artır 16:37 Qoxuya qarşı mübarizə: Bir neçə damcı limon suyu yox edir 16:35 İnsanlar niyə xəbər saytlarından xəbər oxumaq istəmirlər? - MEDİA EKSPERTİ AÇIQLADI 13:56 Sabah Bakıya yağış, rayonlara qar yağacaq

Hökumə "hər şey yaxşı olacaq" cümləsini əvvəllər də deyibmiş

Hökumə "hər şey yaxşı olacaq" cümləsini əvvəllər də deyibmiş

"Təəssüf ki, ümidlərimizə baxmayaraq, 3 dəyərli həmkarımızın həlak olması xəbərini qəbul etmək məcburiyyətində qaldıq. Bu, bizim üçün böyük bir itki və dərin kədərdir".

Oxu.Az xəbər verir ki, bu barədə AZAL-ın əməkdaşı, təlimatçı təyyarə bələdçisi Arzu Süleymanov bildirib.

O, Aktauda baş vermiş qəzada həyatını itirmiş stüardessa Hökumə Əliyeva ilə bağlı xatirələrini bölüşüb:

"Mən "Embraer-190 HG" təyyarəsi bizim aviaşirkətdə istismara qəbul olunan gündən təlimatçı təyyarə bələdçisi kimi uçuşlar yerinə yetirmişəm. Kapitanımız İqorl Kşnyakinlə 15 ilə yaxın birgə uçmuşam (yay mövsümündə uçuşlar çox olduqda həmişə deyərdi "Работать так работать) , Hökümə Əliyeva ilə isə 8 ilə yaxın bir çox uçuşlar həyata keçirmişik. İkinci pilotumuz Aleksandr Kalyaninov uçuşlara yenicə başladığı üçün onunla iki-üç birgə uçuşumuz olub.

Hökumə xanımın böyük təyyarə bələdçisi vəzifəsinə imtahan verdiyi zaman mən ona belə bir sual vermişdim:

"Hökumə xanım, fövqəladə hal baş versə, sərnişinlərə necə müraciət edəcəksiniz?"

Onun cavabı tam olaraq belə olmuşdu: "Heyətimizə inanın, təlimata uyğun hərəkət edin, hər şey yaxşı olacaq". Hökumə xanım sözünün üstündə durdu və dediyi kimi hərəkət etdi. Qəhrəman pilotlarımızla və fədakar təyyarə bələdçiləri ilə bir şirkətdə çalışdığım üçün özümü çox qürurlu hiss edirəm.

Hökumə xanımla həmkar olduğum və ona təlim keçdiyim üçün fəxr edirəm. Onun cəsarətli hərəkətləri təkcə təyyarə bələdçisi peşəsinin nüfuzunu artırmadı, həm də təhlükəsizliyin hər şeydən üstün olduğunu bütün dünyaya bir daha sübut etdi".




Yandex.Metrika
KatStat.ru
MobTop.az
menu Menu game Oyunlar mail Poçt live Live profile Страница