17:20 Övlad sahibi olmaq üçün effektiv müalicə hansıdır? 17:19 Quzu ətinin qiyməti 30 manatı KEÇDİ – Daha da BAHALAŞACAQ? 17:18 "İş təklifi" adı altında fırıldaq: Kartınızı qorumağın yolları 17:17 16 noyabr Beynəlxalq Tolerantlıq Günüdür 17:16 Sabah bu ərazilərə qar yağacaq 17:15 Gələn il Azərbaycanda notbukların qiyməti artacaq? 17:14 "Telegram"da ilk hədiyyə hərracı keçirilib 17:13 Dubayda dünyanın ən hündür hoteli açılıb 23:29 ​5 gün ardıcıl QEYRİ-İŞ GÜNÜ OLACAQ - TARİXLƏR 19:23 ChatGPT-nin iki yeni versiyası təqdim olundu

Təyyarə qəzasında öldüyü deyilən Zaqatala sakini sağ tapıldı

Təyyarə qəzasında öldüyü deyilən Zaqatala sakini sağ tapıldı

AZAL-ın qəzaya uğrayan təyyarəsində öldüyü güman edilən Zaqatala sakininin sağ olduğu məlum olub.

Oxu.Az Lent.az-a istinadla xəbər verir ki, Zaqatalanın Danaçı kənd sakini olan Mahir Carayev xəstəxanadan ailəsi ilə əlaqə yaradıb.

O, vəziyyətinin yaxşı olduğunu dilə gətirib.

Qeyd edək ki, hadisədən dərhal sonra Mahir Carayevin həlak olduğu bildirilirdi.

Ailəsi onunla heç cür əlaqə yarada bilmədiyi üçün artıq ümidini kəsmişdi. Uzun çəkən axtarışlardan sonra onun qəzadan sağ çıxdığı məlum olub.

Xatırladaq ki, qəzaya uğrayan təyyarədə Zaqataladan 10 nəfər olub.




menu Menu game Oyunlar mail Poçt live Live profile Страница