19:09 Dubayda "kruq plyonka"lı "07" satışa çıxarılıb - Qiyməti 50 min - FOTOLAR 08:56 Sosial şəbəkə profilləri izlənilir? - DİN açıqlama yaydı 08:54 Almaniya qanunvericiliyi sərtləşdirir 22:56 Zeytun yağından istifadə zamanı edilən 4 səhv 16:43 "Xanım rəqibim yoxdur" 16:42 Pensiyalar bu tarixdə ödəniləcək 16:39 Qurdun yeni mahnısı gündəm oldu - Dinlənmələr sürətlə artır 16:37 Qoxuya qarşı mübarizə: Bir neçə damcı limon suyu yox edir 16:35 İnsanlar niyə xəbər saytlarından xəbər oxumaq istəmirlər? - MEDİA EKSPERTİ AÇIQLADI 13:56 Sabah Bakıya yağış, rayonlara qar yağacaq

Qadın "Getcontact"da yazdıqlarına görə məhkəməlik oldu

Qadın "Getcontact"da yazdıqlarına görə məhkəməlik oldu

Bakı şəhər sakini, 1991-ci il təvəllüdlü Fəxriyyə Şərifova (ad və soyadlar şərtidir) barəsində xüsusi ittiham qaydasında məhkəməyə müraciət edilib.

"Qafqazinfo" xəbər verir ki, məhkəməyə müraciət edən Q.Quliyev qadının "GetContact" mobil tətbiqində onun telefon nömrəsini işarələyərək ünvanına nalayiq ifadələr yazdığını bildirib.

Şikayətçi qeyd edib ki, mobil tətbiqdə premium istifadəçi statusu əldə edərək ünvanına kimin hansı söz yazmasını görməsi mümkündür. O bu yolla mobil tətbiqdə barəsində təhqiramiz sözlər yazan şəxsi müəyyən edib və skrinşotlar götürüb.

Məlum olub ki, Q.Quliyevin barəsində ifadələr yazan şəxs onun qardaşının keçmiş həyat yoldaşı 33 yaşlı F.Şərifovadır. Araşdırmalar zamanı müəyyən edilib ki, ötən il F.Şərifova Q.Quliyevin qardaşı ilə 40 gün evli olub. Daha sonra onlar rəsmi qaydada boşanıblar. Bundan sonra qadın başqa şəxslə evlənib.

F.Şərifova keçmiş qohumlarının onun yenidən ərə getməsini qısqandıqları üçün barəsində şikayətlər etdiklərini bildirib. Həmçinin, o da məlum olub ki, qadın keçmiş qohumları barəsində yazdığı sözlərə görə daha əvvəl də 50 manat cərimə edilib.

Binəqədi Rayon Məhkəməsi xüsusi ittiham qaydasında verilmiş şikayəti təmin edib. F.Şəfiyeva Cinayət Məcəlləsinin 148-ci (təhqir) maddəsi ilə təqsirli bilinib. Ona 1 000 manat cərimə cəzası təyin edilib.




Yandex.Metrika
KatStat.ru
MobTop.az
menu Menu game Oyunlar mail Poçt live Live profile Страница